(R) Mübarək Ramazan Ayı
Dinini bizə ehsan edənə, bizi dininə seçənə, ehsan yollarında hərəkətə gətirənə həmd olsun. Bu cür etdi ki, lütfü ilə razılığına sarı hərəkət edək. Bir həmd ki, bizdən qəbul etsin, onun səbəbi ilə razı qalsın. Həmd olsun o Allaha ki, o yollardan birini də Ramazan ayı qərar verdi, orucluq ayı, İslam ayı, təharət ayı, imtahan ayı, qiyam ayı, bir ay ki, bir ay hidayət nişanələrinin aydınlaşması, haqqın batildən ay seçilməsi üçün onda Quranı insanların hidayətinə nazil etdi və bununla ayın başqa aylardan üstün olub ondakı hörmətlərlə bol etdi, beləliklə başqa zamanlarda olan halalları haram etdi, onu əziz tutmaq üçün onda yemək içməyi qadağan etdi, onun üçün müəyyən bir zaman qərar verdi ki, izzət və cəlal sahibi olan Allah ondan irəli keçməyə icazə vermir, ondan geriyə düşməyi də qəbul etmir, sonra gecələrinin birini başaq bir ayın gecələrindən üstün etdi və onu Qədr gecəsi adlandırdı ki, o gecə mələklər və Ruh Pərvərdigarlarının əmri ilə hər bir iş üçün nazil olurlar və cəzası ilə hökm etdiyi istədiyi bəndələrinə o gecə dan yeri ağaranadək daim bərəkət, əmin-amanlıqdır.
Ey mənim Rəbbim, Muhəmməd və onun soyuna salam yetir və bu ayın üstünlüyünü tanımağı, onu əziz tutmağı, o ayda haramlardan çəkinməyi bizə ilham et, onda oruc tutub oruc tutub bədən əzalarımızı günahlardan qorumaqda, onları Sənin razı qaldığın yerlərdə işə salmaqda bizə yardım et ki, qulağımızla boş sözlərə qulaq asmayaq, gözlərimizlə batilin tamaşasına tələsməyək əllərimizi harama uzatmayaq, Sənin qadağan etdiyin yerə addım atmayaq, qarınlarımız halaldan başqa şeylə dolmasın, dillərimiz Sənin dediklərindən savayı, başqa şeylərə açılmasın, razılığına səbəb olacaq işdən savayı heç bir iş üçün səy göstərməyək, əzabından saxlayacaq başqa şeyləri öyrənməyək, sonra bütün bunları riyakarların özünü göstərməsindən, şöhrət tələblərin şöhrətindən xalis və pak et, bir cür ki, kimsənin bu işdə Səninlə yanaşı şərik etməyək, Səndən savayı ayrı bir məqsədimiz olmasın.
Ey mənim Rəbbim, Muhəmməd və onun soyuna salam yetir və bu ayda beş vaxt namazı vaxtını bildirib hədlərini müəyyən edərək şərtlərini bəyan etdiyi kimi tanımağa agah et, bizi onun dərəcələrinə yetənlərin dərəcəsində rüknlərini qoruyanların zümrəsində, onu öz vaxtlarında yerinə yetirənlərdən, peyğəmbərin - Sənin səlatü salamın ona və soyuna olsun - açıqladığı kimi, rüku dərəcələrdə bütün ali qaydaları ilə kamil təharəti, ən üstün səmimiyyəti ilə yetirənlərdən qərar ver. Yardım et ki, bu ayda qohumlarımıza birləşib onlara yaxşılıq edək, qonşularımıza bəxşiş yolu ilə ehsan edək, mallarımızı mubahlardan təmizləyək, zəkat çıxarmaqla onu pak edək, onunla bizdən küsənlə barışıb bizə zülm edənə insaf göstərək, düşmənlə mülayim davranaq, yalnız Sənin düşmənin müstəsna olmaqla, qəlbimiz onunla barışmasın; Bizə yardım et ki, o ayda Sənə yaxınlaşmaq, yaxşı əməl etməklə pisliklərdən pak et, təzə eyiblərdən saxla ki, mələklərindən heç biri Sənə itaət üçün əmələ gətirdiklərimizdən aşağı dərəcəli bir əməl təqdim etməsinlər.
Ey mənim Rəbbim, Səni Ramazan ayına, onun əvvəlindən sonunadək Sənə bəndəliyə başlayana, özünün qürb məqamına yaxınlaşdırdığın mələyə, hidayətə gətirdiyin peyğəmbərə, yaxud seçdiyin saleh bir bəndəyə and verirəm ki, Muhəmməd və onun soyuna salam yetir və bu ayda bizi övliyalarına verdiyin vədə layiq et, itaət əhlinə zəhməti üçün qərar verdiyini bizə də nəsib et, rəhmətin sayəsində bizi Sənin yanında ən uca məqamlara yetənlərin zümrəsində qərar ver.
Ey mənim Rəbbim, Muhəmməd və onun soyuna salam yetir və bizi tohidində azmaqdan, Səni sitayiş etməkdə səhlənkarlıq göstərməkdən, dininə şəkk etməkdən, yoluna kor olmaqdan haram etdiklərinə saymazyana yanaşmaqdan uzaqlaşdır.
Ey mənim Rəbbim, Muhəmməd və onun soyuna salam yetir və bizi bu ayın gecələrindən hər birində bəxşişinlə bəndələrindən azad etdiklərindən, yaxud əfvin onları bağışladıqlarından qərar ver, bizi Ramazan ayı üçün onun ən yaxşı dostlarından et. Ey mənim Rəbbim, Muhəmməd və onun soyuna salam yetir və Ramazan ayının sona yetməsi ilə günahlarımızı da sona yetir, günlərinin ötməsi ilə günahlarımızın aqibətini də bizdən uzaqlaşdır ki, bizdən günahlarımızı yumaqla, xətalarımızı pak etməklə bitsin.
Ey mənim Rəbbim, Muhəmməd və onun soyuna salam yetir və əgər bu ayda azarıqsa Sən bizi ədəbləndir, doğru yoldan dönəriksə Sən bizi sabit qədəm et, əgər düşmənin Şeytan bizə ürcah olarsa, Sən bizi ondan xilas et.
Ey mənim Rəbbim, bu ayı ibadətimizlə doldur, vaxtlarını Sənə ibadət etməklə zinətləndir, gündüzündə oruc tutmağa, gecəsində Sənin hüzurunda namaz qılıb nalə etməyə, qarşında təslim olmağa yardım et ki, gündüzü qəflətimizə, gecəsi də təqsirimizə şahid olmasın.
Ey mənim Rəbbim, bizi sağ saxladığın qalan ömrümüzün bütün aylarında belə et, bizi Behiştin varisi olub orada əbədi qalan bəndələrindən qərar ver, o bəndələr ki, sahib olduqları hər şeyi haqq yolunda bəxşiş edərlər, halbuki qəlbləri Rəbblərinə sarı qayıtmaqdan qorxu içindədirlər, xeyrinə tələsənlərdən, bu işlərdə hamıdan öndə gedənlərdən qərar ver.
Ey mənim Rəbbim, Muhəmməd və onun soyuna salam yetir və hər vaxt, hər zaman və hər halda başqalarına yetirdiyin bir salam ölçüsü ilə, o salamın bir neçə bərabəri, bir cür ki, kimsə onu saya bilməsinə qüdrət tapmasın, həqiqətən də Sən istədiyini edirsən.

Oxşar yazılar

"28 May" yenidən təmir olunur? - AÇIQLAMA
13 may 2025 , 11:38
Əmircanın bu küçələrində sanki müharibə filmi çəkilib
13 may 2025 , 11:32
“İtlərin əlindən uşaqları məktəbə göndərə bilmirik” - Zabratın dərdi
13 may 2025 , 11:24
DİQQƏT: Telefonda bankla bağlı sualları cavablandırmayın, təhlükə var
13 may 2025 , 10:20
Bəxt 3 BÜRCÜN tərəfindədir: ulduzlar nələr vəd edir?
13 may 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
13 may 2025 , 08:44
May ayında 4 BÜRCÜN arzuları gerçəkləşəcək
13 may 2025 , 00:02