Bakıdakı iki ali məktəbin köçürülməsi təklif edilir
«APA-ECONOMICS»in məlumatına görə, bu barədə Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov bildirib. Onun sözlərinə görə, Dünya Bankının xətti ilə maliyyələşdirilən «Böyük Bakının Regional İnkişaf Planı» layihəsinə əsasən, ərazidə bəzi dəyişikliklər nəzərdə tutulur. Belə ki, bu layihə çərçivəsində Bakının inkişafına uyğun olaraq ilk növbədə sənaye zonası onun mərkəzindən çıxarılmalıdır, yerində Bakıya tələb olunan yeni yaşayış massivləri salınmalıdır: «Eləcə də, layihədə Bakının Zığ, Türkan və onun yaxınlığındakı Dübəndi adlandırdığımız ərazilər yaşayış məskənləri kimi nəzərdə tutulub».
İ.İsbatovun sözlərinə görə, gələcək kurort zonalarının inkişafı yaşayış məskənlərinin hesabına deyil, dənizsahili ərazilərdə olacaq. Bakının mərkəzindəki sənaye zonalarının köçürülməsinə toxunan direktor, onların «artıq effekti olmayan müəssisələr» olduğunu bildirib. Onun sözlərinə görə, hazırda Qaradağ rayonunda xarici investisiyalar cəlb olunmaqla böyük sənaye müəssisələri zonası formalaşır.
Layihədə ali təhsil müəssisələrinin mərkəzdən kənarlaşdırılması variantı da irəli sürülür: «Hələlik bu yalnız layihədir. Amma dünyanın bütün inkişaf etmiş ölkələrində böyük universitetlərin öz şəhərciyi var. Bu şəhərcikdə universitetin binaları, tələbə və müəllim yataqxanaları, idman kompleksləri, laboratoriyalar və kitabxanalar, normal həyatı təmin edən digər sosial obyektlər və s. yerləşir. Ona görə də yarımadanın cənub sahili boyunca - Türkan ərazisində belə tələbə şəhərciklərinin salınması nəzərdə tutulub».
«Böyük Bakının Regional İnkişaf Planı» Layihəsinin icra qrupunun rəhbəri Novruz Eldarlı isə «APA-ECONOMICS»ə bildirib ki, hələlik ideya halında olan bu plana görə, qarşıdakı 10-15 ildə ali məktəb ocaqlarının, təbii ki onların tarixi binalarını saxlamaq şərti ilə şəhərin mərkəzindən çıxarılması nəzərdə tutulur: «İlk növbədə Neft Akademiyası və İqtisad Universitetindən söhbət gedir, onlar bu gün artıq yerində deyillər».
Mütəxəssisin sözlərinə görə, adı çəkilən məktəblərin bölmələri şəhərin hər yerinə səpələnib: «Bu yaxşı deyil. Hamı, həm tələbələr, həm müəllimlər, həm də şəhər sakinləri bundan əziyyət çəkir».
Bununla yanaşı, N.Eldarlı yeni şəhərciklərin yaradılmasının böyük vəsait tələb edəcəyini bildirir.

Oxşar yazılar
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
13 may 2025 , 19:07
Yalnız bu BÜRCLƏR şanslı bilet alacaq: Seçilmişlər kimlərdir?
13 may 2025 , 18:41Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA
13 may 2025 , 18:36
Nərgiz gülü qonşular arasına ədavət saldı - Bələdiyyə müdaxilə etdi
13 may 2025 , 18:27
Şirvanda istifadəsiz qalan zavodları hissə-hissə söküb OĞURLAYIRLAR - VİDEO
13 may 2025 , 18:04
Azərbaycanın bu rayonlarında qaz kəsiləcək
13 may 2025 , 17:53
Sabah Bakının bu qəsəbələrində qaz olmayacaq
13 may 2025 , 17:37