Kilimancaroya yürüş 25 min manata başa gəlib
21 avqust 2009 13:00 (UTC +04:00)

Kilimancaroya yürüş 25 min manata başa gəlib

Ekspedisiya qrupunun 8 günlük yürüşü özəl mənbələrdən maliyyələşib

“Dünyanın 7 ən yüksək zirvələrindən biri olan Kilimancaro dağına səfərinə təxminən 25 min manata başa gəlib. Bu vəsaitin hamısı özəl mənbələrdəndir, dövlətin bir qəpiyini də xərcləməmişik”.

Lent.az-ın məlumatına görə, ekologiya və təbii sərvətlər naziri, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti Hüseyn Bağırovun başçılıq etdiyi ekspedisiya qrupu avqustun 11-də Kilimancaro dağına başladığı yürüşün nəticələri barədə keçirdiyi mətbuat konfransında belə deyib. O, qeyd edib ki, elmi, siyasi, idman və rəmzi əhəmiyyət daşıyan ekspedisiya üçün 10 gün məzuniyyət götürüb. Səfər isə cəmi 9 gün çəkib.

Ekspedisiyanın təkcə idman deyil, həm də elmi, siyasi əhəmiyyət daşıdığını deyən Hüseyn Bağırovun sözlərinə görə, bu yürüş Azərbaycandan olan ekspediyisiya qrupunun ilk yürüşüdür: “Biz sübut etdik ki, Norveç, Almaniya və gər ölkələr kimi Azərbaycan idmançıları da bunu edə bilər. Yürüşün elmi əhəmiyyətinə gəlincə, biz çoxlu geoloji və bioloji müşahidələr aparmışıq. Ekspedisiyanın topladığı geoloji materiallar 3 ay tədqiq olunacaq və bundan sonra həmin materiallar Bakı Dövlət Universitetinin muzeyinin Afrika bölməsinə təqdim olunacaq”.

Hüseyn Bağırov onu da deyib ki, ekspedisiya qrupunda 7 nəfər təmsil olunub. Onların arasında “Salavat” İdman Klubunun rəhbəri İlqar İsrafilov, “A+A” İdman Klubunun rəhbəri Adil Fərəcullayev, həkim və dağ idmançısı Eldar Ələkbərov, Alpinizm Federasiyasının nümayəndəsi Yaqub Əsədov, bioloq Azərçin Muradov , operator Teymur Nəcəfzadə də olub.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 792

Oxşar yazılar

Bu gün 3 rayonun  işığı kəsiləcək

Bu gün 3 rayonun işığı kəsiləcək

22 aprel 2025 , 09:19
Bakının iki rayonu qazsız qalacaq

Bakının iki rayonu qazsız qalacaq

22 aprel 2025 , 09:11
Üç BÜRC tezliklə  pis xəbər   alacaq 

Üç BÜRC tezliklə pis xəbər alacaq 

22 aprel 2025 , 09:09
Bakıda bu yollarda tıxac var - SİYAHI

Bakıda bu yollarda tıxac var - SİYAHI

22 aprel 2025 , 08:19
Karyera, pul  və… 4 BÜRC üçün böyük imkanlar dövrü  başlayır

Karyera, pul və… 4 BÜRC üçün böyük imkanlar dövrü başlayır

22 aprel 2025 , 00:02
SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38