İnsan qulaqlı cücə
03 avqust 2009 11:00 (UTC +04:00)

İnsan qulaqlı cücə

Türkiyədə Ağrı bölgəsinin 100-cü il məhəlləsində qulaqları ilə hər kəsi şoka salan cücə yumurtadan çıxıb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cücənin sahibi Orxan Şahin körpə quşun yumurtadan 15 gün əvvəl çıxdığını deyib.

O bildirib ki, bir ay öncə toyuqları kürt düşüb və əvvəl yumurtadan 8 cücə çıxarıb. Bu cücələrdən yalnız birinin qulaqları insan qulağına bənzəyib.

Orxan Şahin bu cücəyə baxmaq üçün artıq çoxlu sayda insanın onların evinə baş çəkdiyini söyləyib: “İnsanlar bu cücəni görənə qədər dediklərimizə inanmırlar”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 920

Oxşar yazılar