ETSN şimal rayonlarında 82 akt və protokol tərtib edib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi inzibati ərazilərdə (Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən) “Ətraf Mühitin Mühafizəsi Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq reyd və yoxlamalar keçirərək 2009-cu ilin 6 ayı ərzində 82 akt və protokol tərtib edib.
ETSN mətbuat xidmətindən Lent.az-a bildirilib ki, atmosfer havasının mühafizəsi sahəsində 13 akt və protokol tərtib edilib və 9 məcburi göstəriş verilib. Müəssisə və təşkilatlara 3230 manat məbləğində məcburi ödəmə hesablanıb və ödənilməsi təmin edilib.
Su mühafizəsi sahəsində 13 akt tərtib edilib, 11 məcburi göstəriş verilib. Müəssisə və təşkilatlara 4031 manat məbləğində məcburi ödəmə hesablanıb və ödənilib. Yerin təkinin mühafizəsi sahəsində 5 akt tərtib edilib, 3 məcburi göstəriş verilib. 1 nəfər 800 manat məbləğində cərimə olunub, 3 nəfərə qarşı 170,5 manat məbləğində iddia qaldırılıb.
Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 9 akt və protokol tərtib olunub. 2 nəfər 4000 manat məbləğində cərimələnib, 7 məcburi göstəriş verilib. Müəssisə və təşkilatlara 773 manat məbləğində məcburi ödəmə hesablanıb. 2 iş məhkəmə orqanlarına göndərilib.
Floranın mühafizəsi sahəsində 38 akt və protokol tərtib edilib. Qanunu pozan 17 nəfər 10550 manat məbləğində cərimələnib, 18 nəfərə qarşı 1576 manat məbləğində iddia qaldırılıb. 9 nəfər 1266,5 manat məbləğində cərimə, 12 nəfər tərəfindən isə 1002,7 manat məbləğində iddia ödənilib. 16 iş tədbir görülməsi üçün məhkəmə orqanlarına göndərilib.
Faunanın mühafizəsi sahəsində 4 protokol tərtib edilib, 1 nəfər 700 manat məbləğində cərimələnib və ödənilməsi təmin olunub. 1 iş isə tədbir görülməsi üçün məhkəmə orqanlarına göndərilib.

Oxşar yazılar

İşlər çox pis gedəcək: Bu BÜRCLƏRİ ilin ən çətin dövrü gözləyir
13 iyul 2025 , 09:09
Qızmar istilər kim üçün təhlükəlidir?
13 iyul 2025 , 04:35
İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22