“Buranın zibilxanasına da qurban olum, vətənimdir...”
İndi onun kimi adamlarla Bakının hər küçəsində rastlaşmaq olur. Hətta o qədər tez-tez ki, bir insan kimi onların küçələrdə, zibil yeşiklərinin yanında keçirdikləri həyat gözümüzdə adiləşir. Sanki elə belə də olmalıdır...
Bura da Bakının bir hissəsidir - Yasamal rayonunda, Şərifzadə küçəsi ilə Mirəli Seyidov küçəsinin kəsişməsi, “yataqxanalar” adlanan ərazi. Ərazidə cəmi 4 yerdə iri zibil qutuları var. Burda onunla ilk dəfə deyil rastlaşıram. Amma ilk dəfədir ki, kimliyi ilə maraqlandım. O, hər gün zibillikdə çörək axtarır, yığdığı çörəkləri kisələrdə Yasamalda keçmiş “Qanlı göl”ün kənarındakı kiçik inək fermalarına daşıyır. Özü də ora yaxın köhnə evlərin birində yaşayır. Heç vaxt danışmır, həmişə də hamıdan qorxur... Onu tanıyanlar belə deyir.
Açıq deyim ki, ona mövzu xatirinə yanaşdım. Lakin ilk söhbətdən sonra nəinki ciddi marağıma səbəb oldu, hətta danışıq tərzi ilə məni çaş-baş saldı...
Hər dəfə yaxınlaşıb salamlaşan kimi gözünü gözümə zilləyərək, ruhi xəstələr kimi kisəsini də götürüb, tələsik uzaqlaşırdı. Bir dəfə, iki dəfə, üç dəfə... axırda bir gün İlahiyyat Məscidinə yaxın zibil qutularının yanında yaxınlaşıb salam verən kimi qolundan tutdum. Bilirdim ki, məni görən kimi qaçacaq.
- Niyə qaçırsan, mən sənə neyləyirəm?
- Bəs heç nə eləmirsənsə məni neyləyirsən?
- Elə-belə... Söhbət eləmək istəyirəm.
- Bilirsən, qardaş, səni kimisi çox yaxınlaşır “söhbət” adı ilə, axırda da qolumdan tutub aparıb atır “otdeleniya”ya, tanımadığım “statya”nı yapışdırır belimə. 15 sutka başqasının əvəzinə yatıb çıxıram.
- Başa düşmədim...
- Əlbəttə, başa düşməyəcəksən. İndi qalstuk taxanların, qoltuğu “portfelli”lərin hamısı məni kimisini gec başa düşür. Ona görə də müəllim... xahiş edərəm məndən uzaq dur... Vallah, mən sən deyən adam deyiləm... O qədər problemim var, qoy gedim başımı saxlayım.
Bir qədər fikirləşəndən sonra, deyinə-deyinə zibilliklərin arasından çörək qırıntıları axtarmağa başlayır.
Onun bütün hərəkətlərini izləyirdim. Hiss edirdim ki, hardasa güclü qorxu yaşayıb ki, indi yeni gördüyü adamdan belə qaçır. Nəhayət, düz bir saatdan çox, ordan-burdan danışdıqdan sonra onda mənə qarşı olan xofu rədd edə bildim...
Ağayev Rauf Lətifəli oğlu 1967-ci il sentyabrın 9-da Yasamal rayonunun “köhnə Yasamal” adlanan hissəsində “Dağlı məhəlləsi”də anadan olub. Erkən yaşlarından atasını itirib. Buna görə də orta məktəbi axıra kimi oxuya bilmir. Evin böyük uşağı olduğuna görə (bir bacısı, bir qardaşı var) qazanc dalınca düşməyə başlayır. Yoxsulluq onu hər iş görməyə vadar edir. Elə indi də axşamlar, özü demişkən, evlərə “çastnı” işə gedir, səhərlər isə zibil qutularından çörəkləri yığıb, kisəsi 1 və ya 2 manata inəyi-qoyunu olanlara satır. Evlərə hər işin dalınca gedir. Təki pul olsun. Bəlkə də buna görədir ki, Rauf erkən yaşlarında tez-tez müxtəlif hadisələr üstündə cinayət məsuliyyətinə cəlb olunub. Özü demişkən, indiyədək Bakının bütün “kepeze”lərini gəzib. “Uşaqlıqdan qapılarda işləyirəm. Dəxli yoxdur, nə iş olur olsun. Evlərin zibilini aparıb atmaqdan tutmuş, evlərdəki “remont” işinə qədər. Elə “ilişəndə” də evlərdə “ilişirdim”, hərdən tamah üstündə, hərdən də adım çıxmışdı, ona görə”.
Rauf deyir ki, ilk dəfə 16 yaşında “içəri” düşüb: “Yaşadığımız yerdən yuxarı məhəllədə həyətlərin birində gül kollarının dibini yumşaldırdım. Əvvəllər də o evdə olmuşdum deyə ev yiyəsində mənə qarşı “doveriya” vardı. Özümü saxlaya bilmədim, həmin gün sahibinin evində olmamasından istifadə edib, o vaxt modda olan yapon televizorunu apardım. Həmin axşamı televizoru bazarın yanında dəyər-dəyməzinə satıb, evə çoxlu bazarlıq etdim. Ət, kartof, çoxlu şirniyyat... çoxdan bəri evdən olmayan nə vardısa çalışmışdım hamısından alım. Balaca bacım aldıqlarımı görəndə sevinirdi. Evdə heç kəsə oğurluq etdiyimi demədim... anam bilsəydi, məni qovardı. Səhər açılan kimi gördüm “uçaskovı” qapımızın yanındadı. Apardı məni, azyaşlı olduğuma görə yeddi sutka verdilər. Elə sabahı gün içəridə olanda qardaşımdan eşitdim ki, bacım bərk zəhərlənib, anam öz televizorumuzu qonşuya satıb, onun puluna bacımı həkimə aparıb. Evdə elə bilirdilər ki, həyətində işlədiyim adam şübhələnərək mənə şər atıb. Çünki anamdan utanıb doğrusunu deməmişdim”.
Sözünə ara verib, qırağa çəkilərək yaxınlıqdakı hasarın dibində oturur. Mənə də oturmağı təklif edir. Heç elə bil bayaqkı ürkək adam deyil. Ürəyi açılmışdı. Heç soruşmadan danışırdı: “Hə, qardaşım... O vaxtdan həm adım çıxdı, həm də imkansızlaşan kimi getdiyim evlərdə əlim “sərpirdi”. Belə-belə, axırda kefin istəyən bir “zibil”ə düşdüm. Birinin evindən bir az alüminium qab aparmaq istədim. Evdə bir az pul lazım idi, düzəldə bilmirdim. Aparırdım ki, satım evə kömək edim. Amma tərslikdən ev yiyəsi əlimdə tutdu. Qohumu “poqon” idi. Alüminiumdan başqa “üstüm”ə arvadının qızıllarını da qoyub məni “içəri” atdırdı. Düz 6 il verdilər, 4 ilini yatdım, çıxdım. Tutulanda məni o qədər döymüşdülər ki, beynim silkələnmişdi, heç hərbiyə də aparmadılar... Mən türmədə olanda qardaşım da iflic oldu. İndi də yer xəstəsidir. Nə danışa bilir, nə də yeriyə bilir. O vaxt “içəridə” and içdim ki, çıxandan sonra heç vaxt oğurluq etməyəcəm. Elə onda gördüm ki, oğurluqla heç nə həll edə bilmirəm. Deyirdilər öyrəşmisən, çətindir, yenə edəcəksən. Amma, Allah şahiddir ki, 10 ilə yaxındır sözümün üstündəyəm”.
- Deyirsən, xəstə qardaşın var. Bəs çətin deyil, belə necə dolanırsan?
- Dolanmaq deyəndə... bacım 10 ildir dünyasını dəyişib... bir qoca anamdır, bir də “invalid” qardaşım. Neyləyim? Hərə çörək pulunu bir yerdən çıxarır, mən də zibil qutuları düşüb. Burdan çıxarıram...
- Gündə neçə kisə toplaya bilirsən?
- O baxır günə... adi günlərdə 2 kisədən çox olmur... Bayram günlərində 4-5 kisə yığmaq olur... Axşamlar da gedirəm imkanlı evlərdən zibilləri yığıb aparıb atıram. Onlar da hər dəfə verirlər də... insaflısı 1 manat verir, heç olmayan 40 qəpik-zad verir. Belə...
- Yəqin hələ də subaysan...
- Səncə indi hansı qız özünü zibilə salıb mənə gələr? Heç mən utandığımdan kiminsə yanında evlənməyi dilimə gətirmirəm... Bir otaqlı evimizdə üç nəfər yaşayırıq, biri “invaliddir”. Bir də, bilirsən necədir, brat.... indi qızların istəyinə, tamahına baxıram, onlar heç məni zibillərini atmağa yaraşdırmazlar... Ağıllısı da var, amma elələrinə də tay deyiləm... Mən bu işlə, bu dolanmaqla niyə camaatın qızını bədbəxt edim ki?
- Amma qoçaq oğlansan...
- Zibillikdə...
- Niyə elə deyirsən?
- Çünki məni bu zibilliyə zəmanə, taleyim atıb. Yəqin bu zəmanəyə məni kimi qoçaqlar lazım deyil... Bir dəfə bir iranlı vardı, Bakıda hansısa şirkətlərin birində işləyirdi. Onun da evinin zibilini atırdım, başqa nə işi vardısa, görürdüm. Necə oldusa işi ilə bağlı köçüb Bakıdan getdi. Gedəndə səni kimi mənə dedi ki, “yaman qoçaqsan, gəlsənə mənimlə gedəsən. Onsuz da ev işlərimdə səni kimi qoçaq oğlana ehtiyacım olur”. Çox imkanlı adam idi. Çoxlu oğlanları vardı, hərəsi bir şirkətin yiyəsi idi. Mənə dedi ki, sənə hər ay yaxşı pul verəcəm ailənə də göndərərsən... getmədim...
- Niyə?
- Bilirsən... Mən “srokda” olanda bu məhəllənin, torpağın nə demək olduğunu bildim... Bircə gün də burdan ayrı yaşaya bilmərəm... Buranın zibilxanasına da qurban olum, vətənimdir... Gedəcəkdim, yaşaya bilməyəcəkdim. İlişib hansısa ölkənin küçələrində dilənçi olacaqdım. Ondansa qoy elə öz torpağımda dilənim.
- Bu torpaqda döyüş olsa gedərsən?
- O baxır döyüşə. Torpaq üstdə olsa nöş getmirəm?
- Mən Qarabağı nəzərdə tuturdum... ermənilərlə...
- Brat, mən o “erməni”dən Bakıda hər gün görürəm... Mənim kimisinin müharibədən nə qorxusu? Heç görmüsən islanmış yağışdan qorxa?
P.S. Sözünü bitirən kimi çörək dolu kisəni belinə aldı... Dedi bu “zakaz”dı, əgər geciksə başqa onu kimisi var, o aparıb verəcək və onun “klenti”ni əlindən alacaq. Bir az getmişdi ki, yarıyoldan dönüb, yavaşca məni çağırdı: “Müəllim, sən bunları məndən niyə soruşurdun?”
- Yazı yazacam səndən – dedim.
- Məndə ha... Məndə yazılmalı nə var ki... – dedi... və gülümsünüb, uzaqlaşdı.. bəlkə də bu, onun uzun illərdən bəri ilk gülümsəməsiydi...
Mübariz Aslanov,
[email protected]

977