“Fənlərin dostluğu” olimpiadası keçiriləcək
Dekabrın 26-da “Hədəf Kursları” MMC tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə “Fənlərin dostluğu” olimpiadası keçiriləcək.
“Hədəf Kursları” MMC-dən Lent.az-a verilən məlumata görə, məqsəd fənlərarası əlaqəni möhkəmləndirmək, fənlərin bir-biri ilə bağlılığını şagirdlərə aşılamaq və bu inteqrasiyanın köməyindən istifadə edərək xüsusi istedada malik olan şagirdləri müəyyənləşdirmək, onlara gələcək fəaliyyətlərində stimul yaratmaqdır.
Gələcəkdə bütün dünya azərbaycanlılarını gənclərini birləşdirməyi hədəf alan “Fənlərin dostluğu olimpiadası” bu il yalnız Bakı və Xırdalan şəhərləri üzrə ümumtəhsil məktəblərinin 9-10-cu sinif şagirdləri üçün nəzərdə tutulub. Test şəklində keçiriləcək olimpiadada ilk onluq mükafatlandırılacaq.
Olimpiada Azərbaycan dilində keçiriləcək. Ümumilikdə 80 tapşırıqdan ibarət olan olimpiada iki mərhələyə bölünəcək. Birinci hissəyə Azərbaycan dilinin qrammatikası əsasında qurulan 50 test tapşırığı veriləcək. Bunlardan 10 sual riyaziyyat, 10 sual tarix, 10 sual ingilis dili, 5 sual coğrafiya, 5 sual kimya, 5 sual fizika, 5 sual biologiya ilə inteqrasiyada təqdim ediləcək. İkinci mərhələdə 30 test tapşırığı veriləcək. 20 testdə bir sualda 5 fənn, 10 sualda isə məntiqi təfəkkürün inkişafı soruşulacaq.
Layihənin sponsorları Elit Ticarət və Əyləncə kompleksi, “Office 1 Superstore” mağazalar şəbəkəsi, Hədəf Kitab Evi, DATATECH, CASPER, CBS şirkətləridir.
İctimai TV, Lent.az, ISQ jurnalı informasiya dəstəyi verəcək.

1132