Uşaq məhkumlar üçün yeni təcridxana tikilir
Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Pentensiar Xidmətin rəisi, general Mədət Quliyev deyib. Onun sözlərinə görə, bu yaxınlarda istifadəyə veriləcək müəssisə müasir avadanlıqlarla təchiz ediləcək, beynəlxalq tələblərə cavab verəcək: “Bu sahədə müxtəlif işlər həyata keçirilir. Bu gün 30-a yaxın azyaşlı məhkumum ar. Onlarla xüsusi təlim-tərbiyə işləri aparılır. Bu yaxınlarda iki məhkumumuzu futbol oyununa apardıq. Onlar stadionda oturub, futbola baxdılar. Daha sonra isə müəssisəyə gətirdik”.
Jalə
Jalə
769