Vidadi İsgəndərli bıçaqlandı: Vəziyyəti ağırdır...
30 sentyabr 2024 10:37 (UTC +04:00)

Vidadi İsgəndərli bıçaqlandı: Vəziyyəti ağırdır...

Fransada mühacir həyatı yaşayan sabiq prokuror Vidadi İsgəndərli bıçaqlanıb.

Lent.az xəbər verir ki, bu barədə Fransada yaşayan jurnalist Qənimət Zahid sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, hadisə Mülyuz (Mulhouse) şəhərində baş verib: “Bu şəhərdə yaşayan Vidadi İsgəndərli sentyabrın 29-u səhər saatlarında naməlum adamların hücumuna məruz qalıb. Hücum edənlər səhər saat 07:30 radələrində onun yaşadığı evin pəncərəsini qıraraq içəri giriblər və Vidadi İsgəndərliyə çoxsaylı bıçaq zərbələri vurublar”.

Qeyd edilib ki, V. İsgəndərli indi reanimasiyadadır, vəziyyəti ağır qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1869
avatar

Oxşar yazılar