Dünyanın ən bahalı kitabı - Qiyməti nə qədərdir?
30 sentyabr 2024 10:50 (UTC +04:00)

Dünyanın ən bahalı kitabı - Qiyməti nə qədərdir?

16-cı əsrin əvvəllərində görkəmli rəssam, alim və ixtiraçı Leonardo da Vinçi “Lester kodeksi” adlı kitab yazıb.

Lent.az-ın xəbərinə, əsrlər sonra bu əsər tarixin ən bahalı kitabı statusunu alıb.

Alıcının uzun müddət planetin ən varlı adamları siyahısına başçılıq edən məşhur amerikalı sahibkar Bill Qeyts olduğu ortaya çıxıb.
“Lester kodeksi” ("Kod Leicester") kitabı haqqında nə məlumdur?

Əlyazma 16-cı əsrin birinci onilliyində Leonardo da Vinçi tərəfindən yazılıb. Bu mətn və çoxsaylı rəsmlərdən ibarət 72 səhifəlik dəftərdir.
Bu əsərdə Mona Liza tablosunun müəllifi elmlə bağlı mövzuları müzakirə edib. Əlyazmanı Cüzeppe Qhezzi aşkar edib. O, həm də kitabın ilk sahibi olub.
1980-ci illərdə əlyazma amerikalı iş adamı və kolleksiyaçı Armand Hammer tərəfindən alınıb. O, Vinçinin əlyazması üçün 5 milyon dollardan çox pul ödəyib.
Bir neçə ildən sonra əlyazmanın yeni sahibi “Microsoft”un yaradıcılarından biri olan Bill Qeyts olub.

1994-cü ildə Geyts kitabı hərracda 30,8 milyon dollara alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 789
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar