Göyçayda konfet ağacı bar verdi-FOTO
09 dekabr 2012 19:36 (UTC +04:00)

Göyçayda konfet ağacı bar verdi-FOTO

Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun Göyçayın Şəhadət kəndindəki meyvəçilik dayaq məntəqəsində yetişdirilən konfet ağacı növbəti dəfə bar verib.

Məntəqənin direktoru Elçin İsmayılov AzərTAc-a bildirmişdir ki, 1930-cu ildə Çindən gətirilən konfet ağacını Göyçayda yetişdirmək və mühaifzə edərək bugünə çatdırmaq mümkün olub. Azərbaycan ərazisi üçün xarakterik olmayan bu meyvə ağacı dəfələrlə qurumaq təhlükəsi ilə üzləşsə də sonralar bərpa edilmiş və onun sayı artırılaraq üçə çatdırılıb.

“Qırmızı kitab”a salınan ağac xüsusi mühafizə olunur. 10-15 metr hündürlüyü olan ağacın konfet dadı verən qəhvəyi rəngli meyvələri dekabrda yetişir. Soyuğa dözümlü olan meyvələri mart ayınadək ağacda saxlamaq olur.
# 5833

Oxşar yazılar