Oğuz və İsmayıllı rayonlarına  dolu yağıb   - FAKTİKİ HAVA -  VİDEO
22 aprel 2024 18:39 (UTC +04:00)

Oğuz və İsmayıllı rayonlarına dolu yağıb - FAKTİKİ HAVA - VİDEO

Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb. 


Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, aprelin 22-si saat 18:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Xaltan, Altıağac, Daşkəsən, Gədəbəy, Qəbələ, Qrız, Şahdağ, İsmayıllı, Oğuzda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Aprelin 22-si saat 17:45 radələrində Oğuz rayonu Xaçmaz kəndi və Xalxal kəndi ərazisinə diametri 15-17 mm, İsmayıllı rayonuna 5 mm, İsmayıllı rayonu Basqal qəsəbəsinə isə 9 mm olan dolu düşüb.

# 2346
avatar

Oxşar yazılar