Zəlzələ bölgəsində daha iki məktəb açıldı -FOTO
Azərbaycanın zəlzələdən zərər çəkmiş şimal-qərb bölgəsində daha bir neçə məktəb inşa olunub.
APA-nın xəbərinə görə, Qax rayonunun Meşəbaş və Zaqatala rayonunun Sumaylı kəndlərində zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş iki məktəbin yerində yeniləri inşa edilib.
Məktəbin açılış mərasimində fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev və tikinti şirkətlərinin rəhbərləri də iştirak ediblər.
Qax rayonunun Meşəbaş kəndində 80 şagird yerlik orta məktəbin yeni binasının açılış mərasimində çıxış edən fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev və rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev zəlzələ bölgəsində həyata keçirilən işlərdən danışıblar.
Nazir müavini bildirib ki, zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı keçirilən kompleks tədbirlər prezident İlham Əliyevin diqqət mərkəzindədir: “Cənab prezidentin göstərişinə uyğun olaraq, baş vermiş təbii fəlakətin nəticələrinin qısa müddətdə aradan qaldırılması üçün tədbirlər davam etdirilir. Artıq zəlzələ bölgəsində yüzlərlə fərdi ev tikilib sakinlərin istifadəsinə verilib. Bu prosesin tezliklə başa çatdırılması üçün əlimizdən gələni edəcəyik”.
Nazir müavini qeyd edib ki, zəlzələ bölgəsində qəzalı vəziyyətdə olan məktəblərin inşa edilməsi prosesi də davam etdirilir: “ Bu günə qədər Qax rayonunda inşa olunan 10 məktəb binasından ikisi artıq istifadəyə verilib. Dekabrın sonunadək daha 6 məktəb binasının tikintisi tam başa çatacaq”.
Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev də çıxışında ölkə başçısına minnətdarlıq edib.
Daha sonra Zaqatala rayonunun Sumaylı kəndində 220 şagird yerlik tam orta məktəbin yeni binasının açılış mərasi keçirilib.
Rayon ictimaiyyəti nümayəndələrinin, məktəb kollektivi və kənd sakinlərinin iştirak etdiyi mərasimdə fövqəladə hallar nazirinin müavini O. Hacıyev və rayon icra hakimiyyətinin rəsmiləri çıxış edərək, Zaqatala rayonunun yaşayış məntəqələrində zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərdən danışıblar.
Nazir müavini qeyd edib ki, Zaqatala rayonunda zəlzələdən sonra tikintisinə başlanılan 21 məktəb binasından 7-si artıq istifadə verilib: “Həm digər məktəb binalarının, həm də fərdi evlərin tikintisi yüksək sürətlə aparılır”.
Mərasimdə müəllimlər və kənd sakinləri çıxış edərək, zəlzələdən zərər çəkən əhaliyə göstərilən diqqətə və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, 1 noyabr 2012-ci il tarixinə kimi olan rəsmi statistikaya görə, zəlzələ bölgəsində 28680 fərdi yaşayış evinə, 1179 ictimai kommunal binalara baxış keçirilib. Bunlardan 3545 fərdi yaşayış evinin, 11 kommunal çoxmənzilli yaşayış binasının sökülüb yenidən tikilməsi, 4099 fərdi yaşayış evinin, 9 kommunal çoxmənzilli yaşayış binasının bərpası nəzərdə tutulub. Hazırda evlərə və sosial obyektlərə texniki baxışlar davam edir.
Zaqatalada 3003, Qaxda 327, Balakəndə 215 olmaqla, cəmi 3545 fərdi yaşayış evinin və 3 kommunal çoxmənzilli yaşayış evlərinin tikintisinə başlanılıb. 15 noyabr 2012-ci il tarixinə olan statistikaya görə, 682 fərdi yaşayış evi tikilib sakinlərin istifadəsinə verilib. Bunlardan 557 ədəd Zaqatalada, 119 ədəd Qaxda və 6 ədəd fərdi yaşayış evi Balakən rayonunda tikilib istifadəyə verilib. Bu rayonlar üzrə idgər evlərin tikintisi isə davam etdirilir.
Bundan başqa, sosial obyektlərdən 35 məktəbin, o cümlədən Zaqatalada 20, Qaxda 10, Şəkidə 3, Balakəndə 2 məktəbin tikintisinə başlanılıb. 15 noyabr 2012-ci il tarixinə olan statistikaya görə, 2820 şagird yerlik 9 məktəb binası, 55 yerlik 1 uşaq bağçası tikilib istifadəyə verilib. Belə ki, 2540 şagird yerlik 7 məktəb və 55 yerlik 1 ədəd uşaq bağçası Zaqatala rayonunda, 80 şagird yerlik 1 məktəb Balakən və 200 şagird yerlik 1 məktəb binası Qax rayonunda tikilib istifadəyə verilib.
Dekabrın 8-də isə daha iki məktəb binası istifadəyə verilib.

2111