“Məktəb direktorları və rayon təhsil şöbələri iş yerlərini gizlədirlər”
17 noyabr 2012 12:30 (UTC +04:00)

“Məktəb direktorları və rayon təhsil şöbələri iş yerlərini gizlədirlər”

Vakant yerlərin 293-ü Bakı şəhırində, 2977-si respublikanın digər rayon və şəhərlərinin payına düşüb. Peşə liseyləri üzrə isə 48 vakant yer olub. Ümumilikdə 3270 vakant yerə 2797 nəfər işə qəbul olunub.

APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov “2012-2013-cü tədris ilində müəllimlərin işə qəbulunun nəticələri”nə həsr olunan kollegiya iclasında deyib.

O bildirib ki, vakant yerlərə ən çox ibtidai sinif və ingilis dili fənləri üzrə sənədlər daxil olub: “Bu tədris ili üçün 143 ibtidai sinif müəllimi yerinə 3764, xarici dil müəllimi işləmək üçün 247 vakant yerə 2731 nəfər sənəd verib. Ən çox müəllimə ehtiyac isə fiziki tərbiyə üzrə olub”.

Təhsil naziri çıxışı zamanı bəzi rayonlardakı orta məktəb direktorları və rayon təhsil şöbələrinin müdirlərini vakant iş yerlərini gizlətməkdə günahlandırıb: “Çox təəssüf ki, müəllimlərin işə qəbulu ilə bağlı yerlərdən aldığımız məlumatlar həqiqətləri əks etdirmir. Bəzi məktəb direktorları və rayon təhsil şöbələri hələ də gizli vakant yerlər saxlamaqla məşğuldurlar”.
# 1464

Oxşar yazılar

TikTok: xəbər səhrası,  yoxsa təbliğat vasitəsi?

TikTok: xəbər səhrası, yoxsa təbliğat vasitəsi?

20 may 2024 , 19:33
Yağışlı hava  bu tarixədək   davam edəcək

Yağışlı hava bu tarixədək davam edəcək

20 may 2024 , 17:07
Hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

Hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

20 may 2024 , 17:01
May ayının 18 günündə  yağış yağıb - RƏSMİ

May ayının 18 günündə yağış yağıb - RƏSMİ

20 may 2024 , 16:56
Qaz xətlərinə hava   niyə vurulur? -  AÇIQLAMA   -  VİDEO

Qaz xətlərinə hava niyə vurulur? - AÇIQLAMA - VİDEO

20 may 2024 , 16:48
Lisey və gimnaziyalara qeydiyyat başladı

Lisey və gimnaziyalara qeydiyyat başladı

20 may 2024 , 15:45
Zığ şosesinə DAŞ DÜŞDÜ  - DİQQƏTLİ OLUN!

Zığ şosesinə DAŞ DÜŞDÜ - DİQQƏTLİ OLUN!

20 may 2024 , 15:37
Azərbaycanda abortların sayı  artıb

Azərbaycanda abortların sayı artıb

20 may 2024 , 15:14