Şübhəsiz ki, əksəriyyət səmada göy qurşağını heyranlıqla izləyir. Ancaq təəssüf ki, bu anlar çox tez keçir.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, lakin 2017-ci il noyabrın 30-da Yanqminqşan Milli Parkında dünyanın ən uzun müddətli göy qurşağı görünüb.
Göy qurşağı 8 saat 58 dəqiqəlik rekord müddətə səmada qalıb. Bu "Ginnesin Rekordlar Kitabı"nda qeyd edilib. Çünki göy qurşağının əvvəlki rekord müddəti Tayvanda 1994-cü il martın 14-də olub. O, 6 saat ərzində müşahidə oluna bilib.
Göy qurşağının müşahidəsi Taypeyin şimalındakı dağ yamacında yerləşən Çin Mədəniyyəti Universitetində aparılıb.