ABŞ və İran arasında  gizli danışıqlar   - Təfərrüatlar AÇIQLANDI
20 may 2024 19:11 (UTC +04:00)

ABŞ və İran arasında gizli danışıqlar - Təfərrüatlar AÇIQLANDI

İranla gizli danışıqlar zamanı ABŞ Yaxın Şərqdə vəziyyətin gərginləşməsinin nəticələri ilə bağlı İrana xəbərdarlıq edib.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, İran iki ölkə arasında diplomatik əlaqələrin olmamasına baxmayaraq, Omanda ABŞ ilə dolayı danışıqlar apardığını təsdiqləyib. Bu danışıqlar regional münaqişələrin eskalasiyasının qarşısının alınması yollarını müzakirə etmək məqsədi daşıyırdı.

İsrailin “Axios” nəşri ötən həftə ABŞ və İran rəsmilərinin dolayı danışıqlar üçün Omanda görüşdüyünü bildirib. Bu müzakirələr xüsusilə İranın nüvə proqramı ilə bağlı gərginlik və müttəfiqləri İsrail və HƏMAS arasında Qəzza müharibəsi kontekstində regional hücumların artmasının qarşısının alınmasına yönəlib.

İranın İRNA xəbər agentliyi ölkənin BMT-dəki nümayəndəsinin bəyanatına istinadən bu məlumatı təsdiqləyib. O, bu görüşlərin vaxtını və yerini dəqiqləşdirmədən Omandakı danışıqların ilk olmadığını və sonuncu da olmayacağını qeyd edib.

Ağ Evin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Brett Makqerk və İran üzrə xüsusi elçi vəzifəsini icra edən Abram Peyli omanlı vasitəçilərlə danışıqlarda iştirak edib.

“Axios”un məlumatına görə, Makqerk və Peyli omanlı vasitəçilərlə İran və onun müttəfiqlərinin, məsələn, Livandakı “Hizbullah” və Yəməndəki husilərin təcavüzkar hərəkətlərinin nəticələrini müzakirə ediblər. Onlar həmçinin İranın nüvə proqramının statusu ilə bağlı narahatlıqlarını ifadə edərək, aprel ayında İranın “nüvə doktrinasına” yenidən baxılacağını elan etdiyini xatırladıblar. 

Bəyanat, İranın İsrailə yüzlərlə ballistik və qanadlı raketlər və pilotsuz uçan aparatların buraxılması daxil olmaqla birbaşa hücumuna cavab olaraq İsrailin İrana hücumla hədələməsindən sonra verilib.

İsrail hökumətindəki mənbə məlumatı təsdiqləyib və əlavə edib ki, Makqerk bu həftə Səudiyyə Ərəbistanına da səfər edib.

ABŞ İrana və onun müttəfiqlərinə növbəti təcavüzün ciddi nəticələrə səbəb ola biləcəyini vurğulamaqda maraqlıdır. Omandakı danışıqların regionda vəziyyəti sabitləşdirmək və ölkələr arasında gərginliyi azaltmaq cəhdlərinin sonuncusu olacağı gözlənilmir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3687
avatar

Oxşar yazılar