Azərbaycanlı cüdoçu 11 il sonra DÜNYA ÇEMPİONU  oldu
20 may 2024 22:40 (UTC +04:00)

Azərbaycanlı cüdoçu 11 il sonra DÜNYA ÇEMPİONU oldu

Abu-Dabi şəhərində keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan yığması ilk medalını əldə edib.

Lent.az xəbər verir ki, Hidayət Heydərov 11 ildən sonra ölkəmizə qızıl medal qazandırıb.

Heydərov Abu-Dabidə Kosovo, Braziliya və Almaniya təmsilçiləri üzərində qələbə qazanaraq finala yüksəlib. Hidayət həlledici görüşdə Asiya çempionu Tatsuki İşihara ilə qarşılaşıb və sona 10 saniyə qalmış rəqibini ipponla məğlub edib. Mükafatlandırma mərasimində cüdoçumuza qızıl medalı Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev təqdim edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3462
avatar

Oxşar yazılar