İran pişiklərinin  qidalanması - Düzgün qidalanma üçün əsas qaydalar
20 may 2024 14:59 (UTC +04:00)

İran pişiklərinin qidalanması - Düzgün qidalanma üçün əsas qaydalar

Qədim pişik cinslərindən olan İran pişiyi adından da göründüyü kimi İrana mənsub olan pişiklərdən biridir. 17-ci əsrdə Avropaya, sonra isə bütün dünyaya yayılan bu pişik cinsi nəcib duruşları və zəkaları ilə seçilir. Ümumiyyətlə ağ və ya duman rəngi ilə populyarlığını qoruyan iran pişiyinə müxtəlif rəng seçimlərində də rast gəlmək olar. 

Lent.az-ın bu bloqunda siz İran pişiklərinin baxımı və xüsusiyyətləri ilə bağlı məsləhətləri və yaxşı bir pişik sahibi olmağın sirlərini öyrənəcəksiniz.

İran pişiklərinin qidalanması

Yaş və quru yemi ayırd etməyən bu pişiklər üçün toyuq, hinduşka, balıq, mal əti və dəniz məhsulları seçə bilərsiniz. Bəzi növlər fərqli dadları sınamağı xoşlayır. Bu səbəbdən də hər zaman eyni yeməyi yemək istəmirlər. Həm yaş, həm də quru yemək verməklə pişikinizin yeməyini dəyişə bilərsiniz. Yüksək keyfiyyətli proteinli pişik yemi minimal karbohidrat və yağ ehtiva edir. Pişik yemi seçərkən paketin arxasındakı etiketləri və içindəkiləri oxuyaraq düzgün seçim edə bilərsiniz.
Tamamilə təbii, yüksək keyfiyyətli və yüksək qidalı xüsusi formula ilə hazırlanan qida brendinin seçilməsi vacibdir. Qidalar tüklü dostunuzun qida ehtiyaclarını ödəməli və asan həzm edəcək maddələrə malik olmalıdır. İran pişiklərinin qidalanması üçün uyğun olan qidanın 6 balıqdan ibarət yetkin pişik yemi olduğunu söyləyə bilərik. Təbiətinə görə hər pişik ətyeyəndir. Bu səbəblə qidadan aldıqları karbohidratlara deyil, yüksək protein tərkibli zəngin ətdən ibarət pəhrizə ehtiyac duyurlar.

İran pişikləri nəyi sevir

Onlar müxtəlif keyfiyyətli yaş və quru qidalarla təmin edilə bilən balanslaşdırılmış pəhrizə ehtiyac duyurlar. Yağların, zülalların, karbohidratların, mineralların və əlbəttə ki, vitaminlərin balansını qorumalısınız. İran pişikləri həm yaş, həm də quru yemək yeməyi sevirlər. Quru qida konservləşdirilmiş qida ilə müqayisədə daha üstündür, çünki saxlanması daha asan və daha ucuzdur. Yaş yeməkdə pişiklərin sevərək yediyi ətli maddələr var. Lakin vaxtında yeyilməsə, tez xarab ola bilər. İran pişikləri protein tərkibli qidaları sevirlər. Çünki hər şeyin dadı gözəldir: mal əti, quş əti və balıq. Onları yeməyi sevirlər.

İran pişiklərinə nə zərərdir

Bir pişik həddindən artıq karbohidrat istehlak edərsə, həzm problemləri və ya diabet kimi sağlamlıq problemləri yarana bilər. Sağlam, balanslı bir pəhriz əldə etmək üçün pişikinizin qidasında aşağıdakı tədbirlərə diqqət yetirməlisiniz:

Gündəlik kalorilərin 52 faizi proteindir
Gündəlik kalorilərin 35 faizi yağlardır
Gündəlik kalorilərin 12,5 faizi karbohidratlardır

İran pişiklərinin unikal qida ehtiyacları var. Yemək porsiyalarını təyin edərkən hələ də yuxarıdakı nisbətlərə diqqət yetirməlisiniz.

İran pişiklərinin yeməməli olduğu şeylər

Pişikiniz üçün mükəmməl yemək seçməzdən əvvəl həmişə maddələrə baxmalısınız. İran pişiklərində aşağıdakı maddələrə allergik reaksiyalar ola bilər:

Şirin qarğıdalı
Soya
Süd
Qlüten

Pişikiniz bu maddələri istehlak edərsə, qaşınmağa, qusmağa və ya ishal ola bilər. Yaxşı olar ki, ilk növbədə bu maddələri pişikinizə yedizdirməyin.

İran pişiyinə qulluq 

Öz xüsusiyyətlərini nəzərə alsaq, iran pişiyi digər ev pişiyi növlərinə nisbətən daha çox diqqət və qayğı tələb edən növlərdən biridir. İran pişiyinə qulluq üçün mütləq baytar həkiminizlə məsləhətləşməlisiniz. Pişiyə uşaq böyütmək kimi qayğı göstərməlisiniz. Eləcə də bu cins heyvanlarda tənəffüs, göz və böyrək xəstəliklərinə tez-tez rast gəlmək olar.
Əlbəttə ki, bu xəstəlik riskləri müntəzəm baytarlıq müayinələri və iran pişiyinə necə qulluq edilməsinə dair araşdırmalarla aradan qaldırıla bilər. İran pişiklərinin ümumi baxımında diqqət edilməli olan ilk şey onların uzun və sıx tükləridir. Bunun üçün siz pişiyi mütəmadi olaraq darayaraq artıq tükləri çıxara bilərsiniz. Əslində gündə iki dəfə və ya daha çox daranmağın heç bir zərəri yoxdur.
Siz də bu vəziyyəti oyuna çevirə bilərsiniz, çünki o, itaətkar bir heyvandır və sizə heç bir çətinlik yaratmayacaq. Peyvənd edilməli və yerində baxım tələb edən iran pişikləri də quru şampunla təmizlənə bilər. Qida üstünlükləri barədə baytarınızla danışa bilərsiniz və hər yaş üçün müxtəlif qida qrupları seçə bilərsiniz.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3378
avatar

Xədicə ƏFQAN

Oxşar yazılar

İtlər öz balalarına necə tərbiyə verir?

İtlər öz balalarına necə tərbiyə verir?

22 noyabr 2024 , 11:58
Doberman itlərinə  necə rahat həyat yaşada bilərik?

Doberman itlərinə necə rahat həyat yaşada bilərik?

21 noyabr 2024 , 11:32
Sahibini dişləyən pişik evtanaziya  olundu

Sahibini dişləyən pişik evtanaziya olundu

20 noyabr 2024 , 16:34
Pişiklərə hamiləlik dövrü  qulluq

Pişiklərə hamiləlik dövrü qulluq

19 noyabr 2024 , 13:03
İt sahiblərinin nəzərinə -  Dişlərini fırçalamalısınız

İt sahiblərinin nəzərinə - Dişlərini fırçalamalısınız

12 noyabr 2024 , 15:26
Pişiklərdə qısqanclıq: həqiqət, ya mif

Pişiklərdə qısqanclıq: həqiqət, ya mif

11 noyabr 2024 , 13:42
Maraqlı 9 qara pişik cinsi   – Onlar haqqında nə bilirsiniz?

Maraqlı 9 qara pişik cinsi – Onlar haqqında nə bilirsiniz?

9 noyabr 2024 , 16:54
Bu it cinsləri  daha uzun yaşayır

Bu it cinsləri daha uzun yaşayır

7 noyabr 2024 , 11:58