Rəşadət Orucov
20 may 2024 15:03 (UTC +04:00)

Rəşadət Orucov

Xankəndinin yeni prokuroru kimdir? - 8 yaşında köçkün düşüb

Xəbər veridiyimiz kimi, Xankəndiyə prokuror təyin edilib.

Baş prokurorluğun Mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Rəşadət Orucov Xankəndi şəhər prokuroru  vəzifəsinə təyin edilib. 

Rəşadət Orucov kimdir? 

1985-ci il təvəllüdlü Rəşadət Orucov Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 

Rəşadət Orucov 2012-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunub.

Əvvəllər Mingəçevir şəhər prokurorluğunun müstəntiq və böyük müstəntiqi, Tovuz rayon prokurorluğun böyük müstəntiqi, Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin böyük prokuroru vəzifələrində çalışıb.

2019-cu ildən hazırkı vaxtadək Yasamal rayon рrоkurorunun müavini vəzifəsində işləyirdi.

Qeyd edək ki, Qubadlı rayonunda anadan olan Rəşad Orucov 8 yaşında erməni işğalı nəticəsində ailəsi ilə birgə məcburi köçkün düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7119
avatar

Oxşar yazılar