Rəisini daşıyan helikopterdəki bir nəfər qəzadan sonra 1 saat sağ qalıb
20 may 2024 19:07 (UTC +04:00)

Rəisini daşıyan helikopterdəki bir nəfər qəzadan sonra 1 saat sağ qalıb

İran prezidenti İbrahim Rəisinin də olduğu helikopter dağlarda qəzaya uğradıqdan sonra Təbriz şəhərinin cümə imamı Məhəmməd Əli Ale Haşem bir saata yaxın sağ qalıb. 

Lent.az bildirir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

“O, helikopter qəzasından sonra bir saat ərzində sağ olub və hətta prezident administrasiyasının rəhbəri Qulamhüseyn İsmailiyə də zəng edib”, - məlumatda vurğulanır.

Məhəmməd Əli Ale Haşem

Xatırladaq ki, İranda helikopter qəzası mayın 19-da baş verib. İlkin məlumatlara görə, İran dövlətinin başçısı İbrahim Rəisi də daxil olmaqla 8 nəfər həlak olub.

Yüksək rütbəli məmurların dəfn mərasimi mayın 21-də olacaq. İranda hadisə ilə bağlı beş günlük matəm elan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4347
avatar

Oxşar yazılar