Şamaxıda sosial fonddan oğurluq edənlər tutulub
Şamaxı rayonunda dövlət idarəsindən oğurluq edən şəxslər tutulub. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə naməlum şəxslər oktyabrın 9-da gecə saatlarında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin pəncərəsinin şüşəsini sındıraraq müdirin otağındakı dəmir seyfi oğurlayıb.
Faktla bağlı həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən şəxslər-Bakının Sabunçu rayonunda yaşayan 1978-ci il təvəllüdlü Ələsov Fərzəli Əfsər oğlu və Abşeron rayonunun Mehdiabad qəsəbəsində yaşayan 1981-ci təvəllüdlü Şahmarov Əlişah Fəzail oğlu oktyabrın 13-də Bakı şəhərində tutularaq Şamaxı rayonuna gətiriliblər.
Dəmir seyfdə pul olduğunu zənn edərək onu oğurlayan şəxslər sonradan oradan idarəyə məxsus sənədlər, pensiya kartı, qol saatı və digər əşyalar aşkar etdiklərini bildiriblər. Hər iki şəxs barəsində Şamaxı rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Oxşar yazılar

Sabah da 40 dərəcədən çox isti olacaq - hava PROQNOZU
22 iyul 2025 , 12:37
Naxçıvanda APA Media Qrupun əməkdaşları təltif olundu
22 iyul 2025 , 11:44
İsti havada tər qoxusundan qurtulmağın YOLLARI
22 iyul 2025 , 11:20
Bəzi rayonlara yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
22 iyul 2025 , 10:45
Xəzər dənizinin səviyyəsi rekord dərəcədə aşağı enib
22 iyul 2025 , 10:08
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
22 iyul 2025 , 08:14
84 il sonra ilk dəfə: Bir BÜRC taleyini dəyişmək üçün nadir şans əldə edəcək
22 iyul 2025 , 01:02