Maskalılar yanacaqdoldurma məntəqəsinə basqın edib
Şamaxı şəhərində maskalı şəxslər yanacaqdoldurma məntəqəsinə basqın edərək, obyektin sahibinə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib və pulunu qarət ediblər.
APA-nın məlumatına görə, hadisə oktyabrın 13-də gecə saat 03:20 radələrində Şamaxı şəhərindəki “Petrol” adlı yanacaqdoldurma məntəqəsində qeydə alınıb.
Üç maskalı şəxs yanacaqdoldurma məntəqəsinə yaxınlaşaraq benzin istəyib. Gecə növbəsində obyektdə qalan sahibkar, 1981-ci il təvəllüdlü İsmayılov Niyaməddin Nizaməddin oğlu müştərinin benzin istəyinə görə otaqdan bayıra çıxan kimi qəflətən həmin maskalı şəxslərin hücumuna məruz qalıb. Əllərindəki “beşbarmaq” və dəmir küt alətlə sahibkarın baş, sifət və bədəninin müxtəlif nahiyələrinə ağır xəsarətlər yetirərək onu yerə yıxıblar və sol qolunu şüşə ilə bir neçə yerdən kəsiblər. Naməlum şəxslər obyektdəki şkafdan və N.İsmayılovun paltarının cibindən 130 manat pul götürərək hadisə yerindən qaçıblar.
Ağır dərəcəli bədən xəsarətləri alan sahibkar çoxlu qan itirdiyindən, asfaltın üstünə yıxılaraq bir saata yaxın huşsuz vəziyyətdə orada qalıb. Sonradan ağır vəziyyətdə Şamaxı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən yaralı dərhal əməliyyat olunub. Hazırda onun vəziyyəti orta-ağır olaraq qalır.
Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb. Hadisəni törədən şəxslərin tapılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Oxşar yazılar

Sabah da 40 dərəcədən çox isti olacaq - hava PROQNOZU
22 iyul 2025 , 12:37
Naxçıvanda APA Media Qrupun əməkdaşları təltif olundu
22 iyul 2025 , 11:44
İsti havada tər qoxusundan qurtulmağın YOLLARI
22 iyul 2025 , 11:20
Bəzi rayonlara yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
22 iyul 2025 , 10:45
Xəzər dənizinin səviyyəsi rekord dərəcədə aşağı enib
22 iyul 2025 , 10:08
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
22 iyul 2025 , 08:14
84 il sonra ilk dəfə: Bir BÜRC taleyini dəyişmək üçün nadir şans əldə edəcək
22 iyul 2025 , 01:02