XİN “Azadlıq Radiosu”nun əməkdaşını “qara siyahı”ya salıb
23 yanvar 2015 15:19 (UTC +04:00)

XİN “Azadlıq Radiosu”nun əməkdaşını “qara siyahı”ya salıb

Rəsmi Bakı “Azadlıq Radiosu”nun (“Radio Free Europe/Radio Liberty”) əməkdaşı Marqot Buffu “qara siyahı”ya salıb.

 

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev APA-ya bildirib ki, M.Buff Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə qanunsuz səfər etdiyinə görə adı “arzuolunmaz şəxslər” siyahısına daxil edilib.

 

H. Hacıyev qeyd edib ki, jurnalistin Dağlıq Qarabağa səfəri qanunsuzdur, işğal altında olan Azərbaycan ərazilərinə rəsmi Bakıdan icazəsiz səfər etmək beynəlxalq hüquqa, ölkənin suverenliyinə hörmətsizlikdir.

 

Xatırladaq ki, işğal altında olan Azərbaycan ərazilərinə qanunsuz səfər edən M. Buffun sözügedən reportajı yanvarın 5-də, “Azadlıq Radiosu"nun saytına dərc olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 189

Oxşar yazılar