Abşeronda biraylıq körpənin ölüm səbəbi bəlli olub.
TƏBİB-dən Lent.az-a bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 25 aprel saat 17:30 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisindən yenidoğulmuşun boğulması səbəbilə çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 24.03.2025-ci il tarixli yenidoğulmuşun (cinsi qız) həkiməqədər ölüm faktı qeydə alınıb.
Ailənin bildirdiyinə görə, yenidoğulmuş çimizdirilərkən boğulub.
***
09:23
Abşeronda körpə ölüb.
Lent.az xəbər verir ki, hadisə Saray qəsəbəsində baş verib.
Bu il martın 24-də anadan olan İnci Yusif qızı Quliyeva yaşadığı evdə nəfəs çatışmazlığından ölüb.
Faktla bağlı Abşeron rayon Prokurorluğu tərəfindən araşdırm aparılır.