Ümid Partiyasının sədri İqbal Ağazadə 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə namizədliyini irəli sürüb.
Bu barədə APA-ya İ. Ağazadə məlumat verib. Partiya sədri İ. Ağazadə bildirib ki, hələlik imza vərəqələri təqdim edilməyib. İmza vərəqələri təqdim edildikdən sonra müvafiq sayda imzalar toplanacaq və namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri 90 saylı Ağdaş Dairə Seçki Komissiyasına təqdim olunacaq.