Politoloq Sergey Markov xarici agent elan edilib.
Lent.az xəbər verir ki, bu barədə Rusiyanın Ədliyyə Nazirliyi məlumat yayıb.
Qurumun saytında qeyd olunur ki, Markov xarici agentlərin, həmçinin arzuolunmaz təşkilatların materiallarının yayılmasında iştirak edib.
"Bundan əlavə, Markov xarici KİV-lərin və xarici agentin təqdim etdiyi informasiya platformalarında respondent qismində iştirak edib", — deyə məlumatda bildirilir.