İlham Əliyevdən üç ölkənin prezidentlərinə TƏBRİK
25 oktyabr 2014 18:53 (UTC +04:00)

İlham Əliyevdən üç ölkənin prezidentlərinə TƏBRİK

 

Prezident İlham Əliyev Türkmənistan, Avstriya və Macarıstan prezidentlərini təbrik edib.

 

Lent.az-ın AzerTAc-a istinadən verdiyi məlumata görə, ölkə başçısı Türkmənistanın milli bayramı – Müstəqillik günü münasibətilə bu ölkənin prezidenti Qurbanqulu Məlikquliyeviçi təbrik edib: “Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Azərbaycan ilə Türkmənistanı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. Əminəm ki, qarşılıqlı münasibətlərimizin hərtərəfli inkişafı və möhkəmləndirilməsi yolunda səylərimiz xalqlarımızın rifahına mühüm töhfələr verəcəkdir. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Türkmənistan xalqına sülh və firavanlıq arzulayıram”.

 

Ölkə başçısı Avstriya Respublikasının milli bayramı münasibətilə isə Avstriya Respublikasının federal prezidenti Haynts Fişeri təbrik edib: “Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq əlaqələrinin daim genişləndirilməsi, əməkdaşlığımızın hərtərəfli inkişafı yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstriya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

İlham Əliyev həmçinin Macarıstan prezidentinə təbriklərini çatdırıb. O, həmkarı Yanoş Aderi Macarıstanın milli bayramı münasibətilə təbrik edib: “Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan ilə Macarıstanı möhkəm dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, ikitərəfli əlaqələrimizin daha da genişləndirilməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Macarıstan xalqına daim sülh və rifah diləyirəm”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 635

Oxşar yazılar