“İlhamə Quliyevanın indiyə kimi itib-batan qohumları bu gün ortaya çıxıb, məndən ona qarşı sürdüyüm ittihamdan əl çəkməyi tələb edirlər. Bu işdə Flora Kərimovanı da günahlandırırlar. Əlbəttə, Flora Kərimovanın maraqları var. Ancaq o, məni heç nəyə məcbur etməyib”.
Lent.az-ın məlumatına görə, bunu Moskvadakı Nəsibə Zeynalova adına Teatrın rəhbəri Sərxan Quliyev (Kərəmoğlu) deyib.
S. Kərəmoğlu bir müddət əvvəl Daxili İşlər Nazirliyinin Baş Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıldığını xatırladıb: “Orada bildirdilər ki, məni İlhamə Quliyevanın şikayəti əsasında çağırıblar. İlhamə Quliyeva şikayətində guya mənim onun pullarını mənimsədiyimi göstərib. Mənə şər atdığı üçün onu məhkəməyə vermişəm və Yasamal Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişəm”.
S. Kərəmoğlu bildirib ki, İlhamə Quliyevanın şikayət ərizəsində yazdıqları böhtandır: “Şikayətimi geri götürməyəcəyəm. Yalnız İlhamə Quliyeva hamının qarşısında məndən üzr istəsə, bu işdən əl çəkərəm. O şikayət ərizəsində məni vətəni, torpağı, Azərbaycanı sevməməkdə günahlandırır. Ancaq mən Rusiyada konsertlər təşkil edirəm və həmin konsertlərdə Azərbaycanın bayrağı asılır. Bunun özü elə dövlət üçün iş görməkdir”.
Qeyd edək ki, S. Kərəmoğlu İ. Quliyevanın 15 min manat mənəvi təzminat ödəməsini istəyir. Bu iş üzrə növbəti məhkəmə prosesi dekabrın 4-də keçiriləcək.
Şəhriyar ƏLİZADƏ

“İlhamə Quliyeva məndən üzr istəməlidir”
Oxşar yazılar

"Həbsxanalar narkotik istifadəçiləri ilə doldurulmalı deyil" - DEPUTAT
23 may 2025 , 11:23
“Daşnaksütyun” bizim üçün qalxan rolunu oynayırdı" - Arayikin məhkəməsində ŞOK ETİRAFLAR
22 may 2025 , 21:24
Bu ölkədə rus casuslarının hazırlanması üçün “fabrik” açılıb – İDDİA
22 may 2025 , 19:08
İki düşmən deputat duelə çıxır
22 may 2025 , 18:06
Ermənilərin məhkəməsində ifşaedici material nümayiş olundu
22 may 2025 , 16:40
David İşxanyan Qarabağın Ermənistana birləşdirilməsini əsas məqsəd adlandırıb - VİDEOFAKT
22 may 2025 , 15:50
Prezidentin Macarıstan səfərindən VİDEO
21 may 2025 , 22:28