Ümummilli üsyan:  Trampın ad günündə ABŞ və dünyada  “Krallara yox”   mitinqləri keçiriləcək
12 iyun 2025 14:48 (UTC +04:00)

Ümummilli üsyan: Trampın ad günündə ABŞ və dünyada “Krallara yox” mitinqləri keçiriləcək

Bu həftəsonu ABŞ-da Donald Tramp administrasiyasına etiraz olaraq kütləvi nümayişlərin keçirilməsi planlaşdırılır. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, ABŞ prezidentinin ad günündə "Krallara yox" aksiyaları keçiriləcək.

Təfərrüatlar

Mütərəqqi “Indivisible” qrupu partnyor təşkilatlarla birlikdə iyunun 14-də “Krallara yox” adlı bir günlük etiraz aksiyası hazırlayır. Mitinqlər 50 ştatın 1800 şəhərində və hətta xaricdə keçiriləcək. Amerika mediasının məlumatına görə, artıq milyonlarla vətəndaş Trampa qarşı ən böyük mitinqə çıxmağa hazırlaşır.

Tədbirin saytında deyilir:

Amerikada bizim krallarımız yoxdur. Məhkəmələrimizə meydan oxudular, amerikalıları deportasiya etdilər, küçələrdən itirdilər, vətəndaş hüquqlarımıza hücum etdilər və xidmətlərimizi kəsdilər. Korrupsiya həddini aşdı.

Təşkilatçıların sözlərinə görə, “Krallara yox” milli itaətsizlik günüdür.

Qeyd edək ki, iyunun 14-də Tramp Vaşinqtonda ABŞ ordusunun 250 illiyi ilə bağlı möhtəşəm şənlik təşkil edir. Trampın 79-cu doğum günü və Bayraq gününə təsadüf edən hərbi paradda minlərlə polis əməkdaşı və 7 min hərbçi iştirak edəcək.

Metal detektorlar, beton maneələr və izdihamı izləmək üçün dronlar da daxil olmaqla, misli görünməmiş təhlükəsizlik tədbirləri gözlənilir. Pentaqon paradın dəyərinin 45 milyon dollara çatacağını proqnozlaşdırır.

Los-Anceles bu yaxınlarda federal agentlərin 44 miqrantı saxlamağa cəhd etməsindən sonra illərin ən böyük etirazlarının mərkəzinə çevrilib. Həbs cəhdləri şəhərin mərkəzini demək olar ki, şiddətli küçə toqquşmalarına çevirib. Vəziyyət gərginləşdikcə, prezident Donald Tramp 2000 Milli Qvardiya əsgərinin Los-Anceles dairəsinə göndərilməsini, guya asayişi bərpa etmək üçün, əslində isə güc nümayiş etdirmək əmri verib.

Kaliforniya qubernatoru Qevin Nyusom ABŞ prezidenti Donald Trampa qarşı məhkəmə prosesinin başladığını açıqlayıb. Buna səbəb Trampın kütləvi etirazları yatırtmaq üçün Los-Ancelesə Milli Qvardiya bölmələrinin yerləşdirilməsi əmri olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 398

Oxşar yazılar