Tramp Ukrayna üzrə danışıqlarda Putini necə məğlub edə bilər?  – Ekspertlərin rəyi
06 dekabr 2024 16:20 (UTC +04:00)

Tramp Ukrayna üzrə danışıqlarda Putini necə məğlub edə bilər? – Ekspertlərin rəyi

Rusiya Silahlı Qüvvələrinin Ukrayna cəbhəsində rekord itkiləri onu göstərə bilər ki, Rusiya prezidenti Vladimir Putin yenidən ABŞ prezidenti olduqdan sonra Donald Trampla danışıqlara başlamağa ümid bəsləyir.

Lent.az-ın xəbərinə görə, bu barədə Demokratiyanın Müdafiəsi Fondunun Rusiya proqramları üzrə direktor müavini Con Hardi və Cyberspace Solarium Commission 2.0-dan olan Mark Montqomeri “Foreign Policy” nəşrində yazıblar.

Ekspertlər vurğulayırlar ki, Ukrayna ilə Rusiya arasında ədalətli və uzunmüddətli sülhə nail olmaq üçün Kremlə təzyiqləri artırmaq lazımdır. Hardi qeyd edir ki, kifayət qədər xarici təzyiq olmadan Putin Ukraynanın kapitulyasiyasına yaxın şərtləri diktə edə bilər. Bu, təkcə işğal olunmuş ərazilərin ilhaqının tanınması deyil, həm də NATO-ya üzv olmaqdan imtina, habelə Ukrayna ordusunun sayının məhdudlaşdırılması ola bilər.

Analitiklər Ağ evin yeni administrasiyasına Ukraynaya hansı resursların verilə biləcəyini müəyyən etmək üçün Pentaqonun anbarlarını nəzərdən keçirməyi tövsiyə edirlər. Xüsusilə, köhnəlmiş ATACMS sursatlarının və JASSM uzaqmənzilli raketlərinin ötürülməsi imkanları müzakirə edilir.

"Rusiyaya qarşı iqtisadi təzyiq gücləndirilməlidir. Sanksiyalardakı boşluqları aradan qaldırmaq və Rusiya neftinin marjinal qiymətini azaltmaq lazımdır. Putinin iqtisadiyyatı saxlaması və müharibəni maliyyələşdirməsi nə qədər çətin olsa, ədalətli sülh sazişinin bağlanması ehtimalı o qədər yüksəkdir", - müəlliflər vurğulayırlar.

Bu arada Rusiya mediası Putinin güzəştə getmək niyyətində olmadığını iddia etməkdə davam edir. Daha əvvəl “Reuters” mənbələrə istinadən xəbər vermişdi ki, Kreml indiki cəbhə xəttində münaqişəni dondurmağı təklif edərək, Trampın inauqurasiyasından sonra onunla danışıqların mümkünlüyünü nəzərdən keçirə bilər. Lakin bu cür danışıqlar işğal olunmuş ərazilərin əksəriyyətinin qaytarılmasını nəzərdə tutmur və eyni zamanda Ukraynanın NATO-ya daxil olmaması tələbini də nəzərdə tutur.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1668
avatar

Oxşar yazılar