Paşinyan: “Bakının tələb etdiyi kəndlərdən ikisi onun nəzarətindədir”
21 mart 2024 04:48 (UTC +04:00)

Paşinyan: “Bakının tələb etdiyi kəndlərdən ikisi onun nəzarətindədir”

Bakının tələb etdiyi iki kənd Azərbaycanın nəzarətindədir.

Lent.az verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxış edərkən deyib.

O, müxalifətin Tavuş rayonunun 4 kəndinin Azərbaycana verilməsi ilə bağlı iddialarını təkzib edərək, müzakirə olunan ərazilər arasında belə yaşayış məntəqələrinin olmadığını bildirib.

“Bu sahə öz spesifikliyinə və demarkasiyasına görə ən çətin ərazidir. Ermənistan hökuməti bu ərazidən delimitasiya prosesinə başlamağa hazırdır”, - deyə hökümət başçısı bəyan edib.

Onun sözlərinə görə, bu hissədə Ermənistan tərəfdə Bağanıs kəndi, Azərbaycan tərəfdə isə Bağanis-Ayrım kəndi yerləşir. və bunlar fərqli kəndlərdir.

“Ermənistan tərəfində olan Voskepar kəndi qarşısında, sərhəddə azərbaycanlıların Aşağı-Əskipara yaşayış məntəqəsi var. Ermənistanın Kirants kəndinin qarşısında Azərbaycanın Xeyrimli, Ermənistan tərəfdən Berkaberin qarşısında isə Qızıl Hacılı kəndi yerləşir. Eyni zamanda, Qızıl Hacılı həm bu gün, həm dünən, həm də 20 il əvvəl Azərbaycanın nəzarətində olub. Ermənistan hökuməti istəsə belə, onu təslim edə bilməz, bu yaşayış məntəqəsi həmişə Bakının nəzarətində olub”, - deyə Paşinyan vurğulayıb.

Bundan əlavə, hökumət başçısının sözlərinə görə, Aşağı Əskipara kəndi də Azərbaycanın nəzarətindədir.

Paşinyan vurğulayıb ki, delimitasiya zamanı Voskepar kəndinin təhlükəsizlik məsələləri müzakirə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3792
avatar

Oxşar yazılar