Azərbaycanda bu il sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.
Artıq seçkidə iştirak edən şəxslər hansı dairələrdən namizədliyini irəli sürəcəklərini elan edirlər.
Lent.az-a açıqlama verən Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu 43 sayılı Sumqayıt ikinci seçki dairəsindən namizədliyini irəli sürdüyünü bildirib:
"Bəli, bu il seçkilərdə iştirak edəcəm. Artıq namizədliyimi də vermişəm. 43 sayılı Sumqayıt ikinci seçki dairəsindən namizədəm. Uğurlar hamıya".