Vladimir Jirinovski, Rusiya Liberal-Demokrat Partiyasının lideri
25 aprel 2021 19:24 (UTC +04:00)

Vladimir Jirinovski, Rusiya Liberal-Demokrat Partiyasının lideri

Jirinovski Türkiyədə həbsxanaya düşməsindən DANIŞDI

Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski 1969-cu ildə bir Türkiyə həbsxanasında qalmasından danışıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, Jirinovski Moskva Dövlət Universiteti yanında Şərq dilləri İnstitutunda türk dilini öyrənib və Sovet İttifaqının rəhbərlik etdiyi bir kükürd turşusu zavodunun tikintisi üçün Türkiyəyə tərcüməçi kimi gedib. 

O dövrdə sovet rublları xaricə aparıla  bilməzdi və Jirinovski Şeremetyevo hava limanında onda olan üç rublu xərcləmək üçün nişanlar alır.

“Türkiyədə kiminlə ünsiyyətdə olurdumsa nişan hədiyyə edirdim. Ancaq qonşu masada həmişə yerli “KQB” nin agenti otururdu. Onlar düşünürdü ki, biz casuslarıq və kommunizm təbliğatı aparırıq. Həmin nişanara görə məni həbs edirlər”, - Jirinovski söyləyib. 

Nişanlarda Avrora gəmisi, çəkic və oraq və Kreml qüllələri təsvir edilibmiş. Jirinovskini 20 il həbs cəzası gözləyirmiş, lakin hakim etiraf edir ki, söhbət suvenirlərdən gedir. Həmin vaxta qədər Jirinovski 17 sutka həbsxanada oturubmuş.

“Bu xoşagəlməz idi. İlk dəfə həyatımda həbsxanaya düşmüşdüm, özü də yad ölkədə. Kamera yoldaşlarım qatillər, nakromanlar və kommunistlər idi. Mən isə günahsız bir tələbə”, - o, vurğulayıb. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3720
avatar

Oxşar yazılar