İtkin düşmüş 6 şəhidlə Beyləqanda vida mərasimi keçirildi -FOTO
12 iyul 2024 09:25 (UTC +04:00)

İtkin düşmüş 6 şəhidlə Beyləqanda vida mərasimi keçirildi -FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlər Dadaşov Uğur Eldar oğlu, Doluxanov Rəhim Məhkəmə oğlu, Tağıyev Telman Tevon oğlu, Abbasov Sərvər İldırım oğlu, Məmmədov Ədalət Şahmar oğlu və Mustafayev Qərib Həsrət oğlunun cəsədlərinin qalıqları dəfn olmaq üçün Beyləqan rayonundan yola salınıb.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, Beyləqan Mərkəzi Rayon Xəstəxanasında təşkil olunan vida mərasimində insan izdihamı yaşanıb.

Vida mərasimində mərhumların yaxınları, dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, dəfn mərasimi şəhidlərin doğulduqları və uğrunda həlak olduqları Xocavənd rayonunun Qaradağlı kənd qəbiristanlığında olacaq.

 

Birinci Qarabağ müharibəsində itkin düşmüş 6 şəhidlə Beyləqanda vida mərasimi keçirilib - FOTO Birinci Qarabağ müharibəsində itkin düşmüş 6 şəhidlə Beyləqanda vida mərasimi keçirilib - FOTO Birinci Qarabağ müharibəsində itkin düşmüş 6 şəhidlə Beyləqanda vida mərasimi keçirilib - FOTO Birinci Qarabağ müharibəsində itkin düşmüş 6 şəhidlə Beyləqanda vida mərasimi keçirilib - FOTO

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2205
avatar

Oxşar yazılar