Finlərdən Tramp və Zelenskiyə  ŞOK TƏKLİF:   Gəlin saunada  barışın! -VİDEO
04 mart 2025 12:22 (UTC +04:00)

Finlərdən Tramp və Zelenskiyə ŞOK TƏKLİF: Gəlin saunada barışın! -VİDEO

Ukrayna və ABŞ prezidentləri arasında gərgin mübahisədən sonra Finlandiya lideri Aleksandr Stubb tərəfləri fasilə verməyə və soyuqqanlı şəkildə danışıqlara qayıtmağa çağırıb. O, münaqişə tərəflərinə fin ənənəsinə əməl etməyi tövsiyə edib: saunada vaxt keçirin, soyuq vanna qəbul edin, sakitləşin və yenidən danışıqlar masasına əyləşin.

Lent.az bildirir ki, Finlandiya prezidenti “Bloomberg Television”a müsahibəsində ABŞ və Ukrayna arasında nadir torpaq minerallarına dair razılaşmanın "dönüş nöqtəsi"ola biləcəyini vurğulayıb. Onun sözlərinə görə, bu sənəd iqtisadi və geosiyasi vəziyyəti əhəmiyyətli dərəcədə dəyişməyə qadirdir, lakin hazırda sövdələşmənin taleyi qeyri-müəyyən olaraq qalır.

Stubb xüsusilə qızğın qarşıdurma şəraitində xalq diplomatiyasının heç də həmişə effektiv olmadığını vurğulayıb. O hesab edir ki, belə hallarda “finlər kimi olmağa – dərindən nəfəs almağa, soyuq vanna qəbul etməyə, saunaya girməyə, nəfəs almağa və danışıqlar masasına qayıtmağa” dəyər.

"Tanqo üçün ikisi lazımdır"

Vladimir Zelenski ilə Donald Tramp arasında münasibətlərin bərpası perspektivlərindən danışan Finlandiya prezidenti ailə münaqişələri ilə bənzətmə aparıb.

"Bilirsiniz, bəzən evlilikdə və ya digər münasibətlərdə belə olur - sən öz küncünə girib küsürsən. Amma çıxıb danışmalısan, əl sıxmalı və davam etməlisən", - o deyib.

Xatırladaq ki, fevralın 28-də Ağ evin Oval kabinetində Tramp, Zelenski və vitse-prezident Cey Di Vens arasında səs-küylü mübahisə baş verib. ABŞ prezidenti mətbuata birgə bəyanatı zamanı Zelenskiyə deyib ki, o, Amerikanın dəstəyinə görə “minnətdar olmalıdır” və Ukraynanı “Üçüncü Dünya Müharibəsi ilə oynamaqda” ittiham edib. Tramp onu da açıqlayıb ki, Vaşinqton Kiyevi qeyri-müəyyən müddətə dəstəkləmək niyyətində deyil: “Ya sən razılaş, ya da biz gedək”.

Vens Trampı dəstəkləyərək vurğulayıb ki, Amerika lideri Ukraynanın məhv edilməsinin qarşısını almağa çalışır və Zelenski ABŞ-ın səylərini “qiymətləndirməlidir”. Lakin bu dialoq tez bir zamanda qızğın müzakirəyə çevrilib və bu zaman Ukrayna prezidentinə tam cavab vermək imkanı verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 708

Oxşar yazılar