Ermənilər Zəngilanda təxribat törədib?  - DSX-dən RƏSMİ CAVAB
31 may 2021 09:48 (UTC +04:00)

Ermənilər Zəngilanda təxribat törədib? - DSX-dən RƏSMİ CAVAB

“Bəzi sosial media səhifələrində Zəngilan rayonu ərazisində dövlət sərhədində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun Azərbaycan ərazisinə keçməyə cəhd göstərərkən zərərsizləşdirilməsi, qrupun 2 üzvünün saxlanılması barədə məlumatlar yayılıb”.

Bu barədə Lent.az-a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu məlumatlar həqiqəti əks etdirmir: “Ermənistanla dövlət sərhədində vəziyyət stabildir və bölmələrimizin tam nəzarəti altındadır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2619
avatar

Oxşar yazılar