"Ən yaxşısını etdik" - Əliməmməd Nuriyev namizədliyini geri götürməsindən DANIŞDI  -YENİLƏNİB
31 iyul 2024 11:17 (UTC +04:00)

"Ən yaxşısını etdik" - Əliməmməd Nuriyev namizədliyini geri götürməsindən DANIŞDI -YENİLƏNİB

“Əziz dostlar 75 sayı seçki dairəsində seçki yarışını davam etdirməməyə qərar verdim. Siyasət mümkün olanı etmək sənətidir. Siyasət, həmçinin imkanları dəyərləndirmək sənətidir. Hələ, müdrik Platon deyirdi ki, siyasətdə ən yaxşı bacarıq mümkün olanı düzgün müəyyənləşdirməkdir. İndiki halda mümkün olanın ən yaxşısını etdik, namizədliyimi irəli sürməklə Yardımlı və Masallının çətinliklərini diqqətə gətirdim”.

Lent.az xəbər verir ki, bu barədə açıqlamanı Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri və “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev sosial şəbəkədəki hesabında paylaşıb.

O, deputatlığa namizədliyini geri götürməsinə aydınlıq gətirib:

“Regionu diqqətdə saxlamağın vacibliyini anlatdıq. Yerli icmaların dərdi-sərini dönə-dönə anlatdıq, dinləmələrinə nail olduq. Təbii qazla təchizat problemini, meşələrin qırılmasını anlatdıq. Təqribi hesablamalar göstərir ki, 100-dən çox ailənin yaşadığı kəndin qışı başa vurması üçün 1000-dən çox ağac qırılır. Ümumi mənzərəni artıq Siz təhlil edin...

Elm və Təhsil Nazirliyinin, istərsə də Heydər Əliyev Fondunun xətti ilə Yardımlıda məktəblər tikilsə də, tədris zəifdir. Hazırlıq üçün əkəsəriyyət Lənkərana üz tutur. Kənd təsərrüfatı, turizm  potensilanın səmərəli istifadəsi çox-çox aşağıdır.

Masallının problemlərinə də diqqət çəkdik. Kiçik sahibkarlığın dəstəklənməsi, məşğulluq, kreditlərə çıxış, kənd təsərrüfatının inkişafı, narkotiklərə qarşı mübarizə məsələlərini  qaldırdıq. Masallının Ərkivan kimi böyük qəsəbəsinin 5 məktəbinin 3-ü faktiki olaraq sökülməlidir. Heç əsaslı təmirin da çox faydası olmayacaq.

Bu kimi faktları topladıq diqqətə ərz elədik”.

Əliməmməd Nuriyev deyir ki, bir sözlə mümkün olanın ən yaxşısını etdik:  

“Bu mərhələdə ən böyük nailiyyətimiz məhz bu məsələlərə diqqət çəkməyimiz oldu.

Ən azı bu imkandan yararlanmaq və bir rezonans yaratmağa dəyərdi.

Bu təşəbbüsümüzlə, yeni vizyon təqdim etməklə regionla əlaqədar siyasətin səmərəliyinin artacağına, əlaqədar şəxslərin daha məsuliyyətli olcağına  əminəm.

Fəlaiyyətimizdə əsas prinsip dövlət və dövlətçilik maraqlarıdır. Bu maraqların təmin olunması ali məqsədimizdir. Hər bir vətəndaş, soydaşımız  müzəffər Ali Baş Komandan, möhtərəm prezident, cənab İlham Əliyevin ölkəmizin inkişafı siyasətinə öz miqyasında töhfəsini verməlidir.  Bu məqsəd üçün hər bir şəxsin öz missiyası müəyyənləşir. Əsas məsələ mümkün olanın ən yaxşısını etməyi bacarmaqdır.

Bu prosesdə dəstək olan hər kəsə təşəkkür edirəm!”

***

30 iyul, saat 18:03

 

Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri və “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev deputatlığa namizədliyini geri götürməyə qərar verib.

Lent.az-ın xəbərinə görə, Əliməmməd Nuriyev sentyabrın 1-də keçiriləcək VII çağırış Milli Məclis seçkilərində 75 saylı Yardımlı-Masallı seçki dairəsindən namizədliyini irəli sürüb.

Ancaq namizədliyinin təsdiqlənməsinə və imza vərəqələrinin verilməsinə baxmayaraq, hələ də doldurulmuş imza vərəqələrini 75 saylı Yardımlı-Masallı Dairə Seçki Komissiyasına təqdim etməyib.

Lent.az-ın əldə etdiyi məlumata görə, Əliməmməd Nuriyev deputatlığa namizədliyini geri götürməyə qərar verib və bununla bağlı bu günlərdə 75 saylı Yardımlı-Masallı Dairə Seçki Komissiyasına ərizə yazacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5349
avatar

Oxşar yazılar