Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri və “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev deputatlığa namizədliyini geri götürməyə qərar verib.
Lent.az-ın xəbərinə görə, Əliməmməd Nuriyev sentyabrın 1-də keçiriləcək VII çağırış Milli Məclis seçkilərində 75 saylı Yardımlı-Masallı seçki dairəsindən namizədliyini irəli sürüb.
Ancaq namizədliyinin təsdiqlənməsinə və imza vərəqələrinin verilməsinə baxmayaraq, hələ də doldurulmuş imza vərəqələrini 75 saylı Yardımlı-Masallı Dairə Seçki Komissiyasına təqdim etməyib.
Lent.az-ın əldə etdiyi məlumata görə, Əliməmməd Nuriyev deputatlığa namizədliyini geri götürməyə qərar verib və bununla bağlı bu günlərdə 75 saylı Yardımlı-Masallı Dairə Seçki Komissiyasına ərizə yazacaq.