İstirahət yerlərində məsuliyyətli və hörmətli münasibət kütləvi turizmin mənfi cəhətlərini aradan qaldırmağa kömək edəcək.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, səyahətdə olarkən bəzi məqamlara diqqət etmək vacibdir.
Bəzi məşhur turizm şəhər və rayonlarında yerli əhali artıq turizmdən o qədər bezib ki, kütləvi antiturizm aksiyalarına başlayıblar.
1. Yerlilərə hörmət göstərin
Hər hansı bitr şəhərə səyahət edərkən həmin şəhərin yerli əhalisinə hörmətlə yanaşın.
2. Telefonunuzla çox vaxt keçirməyin
Bu yerli əhali tərəfindən yaxşı qarşılanmaya bilər.
3. Rahatlıq zonanızdan çıxın
Səyahət etdiyiniz şəhərin fərqli qayda-qanunları ola bilər. Bu səbəbdən əvvəlcə gedəcəyiniz şəhər barəsində məlumat toplayın. Həmin şəhərin qayda-qanunlarına uyğun hərəkət edin.
4. Mövsümdən kənarda gəlin
Mövsümdən sonra səyahət etmək daha əlverişlidir. Çünki siz şəhərdə izdihamla qarşılaşmayacaqsınız.