Bakıda DƏHŞƏT:  arvadını həyətdə soyundurub, ürəyi gedənədək döydü
30 iyul 2024 16:55 (UTC +04:00)

Bakıda DƏHŞƏT: arvadını həyətdə soyundurub, ürəyi gedənədək döydü

Bakıda ər arvadına işgəncələr verib.

Lent.az-ın məlumatına görə, hadisə Xəzər rayonunda baş verib. Rayon sakini olan 40 yaşlı A.C. Cinayət Məcəlləsinin 133.2.4-cü (əzab vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsilə təqsirli bilinir.

Məlumata əsasən, A.C. arvadı 41 yaşlı L.Q.-nı müxtəlif səbəblərlə döyərək işgəncələr verib. Belə ki, birinci dəfə qadın ərindən 100 manat pulu gizlədib. Bunu öyrənən ər arvadını təpikləyərək döyüb.

Tərəflərin növbəti münaqişəsi telefona cavab verməmək üstündə yaranıb. Qadının zəngə cavab verməməsindən hiddətlənən kişi evə gələrək arvadını həyətdə görür. Onu oradaca soyundurur və əllərini toyuq hininə bağlayır. Soyundurduğu paltarı qadının ağzına basaraq, onu döyüb. Aldığı zərbələrin təsirindən qadının huşu özündən gedib. Ancaq ər yenidən onu ayıldaraq, döyməyə davam edib.

Məlumata görə, cütlüyün 1 övladı var.

Qadın gördüyü işgəncələr barəsində hüquq-mühafizə orqanlarına şikayət edib. Bu şikayətdən sonra tədbirlər görülməyə başlanılıb və kişi barəsində “işgəncə, əzab vermə” maddəsilə cinayət işi açılıb. İstintaq zamanı tərəflər arasında barışıq əldə olunub. Təqsirkar A.C. barəsində ev dustaqlığı haqqında qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə Xəzər rayon Məhkəməsində araşdırmalar davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1953
avatar

Mehman Nəbiyev

Oxşar yazılar