Araşdırmalar göstərib ki, gecə saatlarında pəncərənin açıq qalması, hətta yayda belə, sağlamlıq üçün zərərli ola bilər. Bir çox insan bunun yuxunu yaxşılaşdırdığına inansa da, elm tam əksini deyir.
Lent.az bununla bağlı məlumatları sizə təqdim edir:
Niyə gecə pəncərəni açıq qoymaq olmaz?
Çoxları hesab edir ki, gecə pəncərəni açıq saxlamaq otağa təzə hava gətirir və yuxunu yaxşılaşdırır. Lakin bu, sadəcə beynə yerləşmiş bir mifdir. 2020-ci ildə Almaniyanın Maynts şəhərində yerləşən Yohann Qutenberq Universitetində aparılan bir tədqiqat pəncərənin açıq qalmasının sağlamlıq üçün mənfi nəticələrə səbəb ola biləcəyini ortaya qoyub.
Gecə səs-küyü sağlamlığa necə təsir edir?
Tədqiqat göstərib ki, gecə avtomobil səs-küyü insan orqanizminə ciddi təsir göstərir. Hətta yuxu zamanı belə, bədən bu səsləri şüuraltı şəkildə qəbul edir. Eviniz yol kənarındadırsa, səs-küyün təsiri daha da güclü olur. Bu səs-küylər bədənin bioloji ritmlərini (dövrü ritmləri) poza bilər. Bu ritmlər bədən istiliyi, yaddaş, qan təzyiqi, iştaha, hormonlar və immun sistemini idarə edir.
Nəticə:
Gecə yuxusunun tez-tez bölünməsi və az yatmaq gələcəkdə ürək-damar xəstəlikləri riskini artırır. Gecə səs-küyü qan təzyiqini yüksəldə, stress hormonlarını artıraraq, psixoloji problemlərə – narahatlıq və depressiyaya səbəb ola bilər.
Nə etməli? – Pəncərəni açmadan rahat yatmağın yolları
Yatmazdan əvvəl və səhər oyandıqda pəncərəni 15 dəqiqə açın. Yuxu mütəxəssisi İnqrid Verbek tövsiyə edir ki, yataq otağının optimal temperaturu 15–20°C olmalıdır. İsti havada kondisioner və ya ventilyator istifadə etmək faydalıdır. Əvvəlcədən otağı havalandırmaq, yuxuda tərləmənin və narahatlığın qarşısını alır.