Bakıda avtobuslar toqquşdu, yaralılar var
30 iyul 2024 17:01 (UTC +04:00)

Bakıda avtobuslar toqquşdu, yaralılar var

Bakıda sərnişin avtobusları toqquşub.

Lent.az-ın məlumatına görə, hadisə metronun “Ulduz” stansiyasının yaxınlığında qeydə alınıb.

36 və 38 saylı marşrut avtobuslarının toqquşması nəticəsində xəsarət alanların olduğu bildirilir.

TƏBİB-dən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 15 radələrində Nərimanov rayonu ərazisindən 2 avtobusun toqquşması səbəbilə çağırış daxil olub.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 2 nəfər şəxs (qadın cinsli) müştərək travmalarla Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 687
avatar

Oxşar yazılar