Sumqayıtda qadını aldadıb 50 min manatını  aldı
30 iyul 2024 16:03 (UTC +04:00)

Sumqayıtda qadını aldadıb 50 min manatını aldı

Sumqayıtda qadına qarşı külli miqdarda dələduzluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, şəhər sakini olan bir qadının dələduzluq yolu ilə 50000 manat pulu əlindən alınıb.

Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən A.Xasi müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 795
avatar

Oxşar yazılar