Tahir Kərimli
30 iyul 2024 14:07 (UTC +04:00)

Tahir Kərimli

Tahir Kərimli hər kəsdən üzr istədi: “Namizədliyimi verməməyim yaxınlarımı sarsıtdı”

"Hazırda Vətənimdə - sanatoriyadayam. Müalicə alıram, çalışıram həm də dincəlim. Gizlətmirəm ki, deputatlığa namizədliyimi verməmək qərarım mənə, ailəmə və partiyama həyacanlı, sarsıdıcı təsir göstərib. Buna görə hər kəsdən üzr istəyirəm".

Bunu VI çağırış Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib.

"Həyatda millət vəkili olmaq arzumdan başqa vəzifə tutmaq diləyim olmayıb. Ancaq yorğunluğumu nəzərə alıb, bir müddət istirahət etmək qərarına gəldim. Sədrlik etdiyim Vəhdət Partiyası siyasi kursuna dəyişiklik etməyəcək. Biz dövlətimizi, xalqımızı təmənnasız sevirik!" - o qeyd edib. /Pravda.az

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3279
avatar

Oxşar yazılar