Qüdrət Həsənquliyev
02 iyul 2021 12:17 (UTC +04:00)

Qüdrət Həsənquliyev

Deputatdan qiymətlərin qalxmasına ETİRAZ

“Bu gün biz pensiyaçıları düşünməliyik. Qiymətlər qalxır, qazın qiyməti də qalxıb”.

Lent.az-ın APA-ya istinadla verdiyi məlumata görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, qiymətlər qalxanda bunun real səbəbi deyilmir: “Çalışırıq ki, bunu əsaslandıraq ki, sanki camaatın xeyrinədir. Adını qoyuruq ki, bu, idarəetmənin təkmilləşdirilməsi deməkdir. Amma hansı məqsədlə edilir edilsin, qiymət qalxırsa, xüsusilə pensiyaçılar, aztəminatlı ailələr bundan əziyyət çəkir. Buna görə də Milli Məclisin Sosial siyasət komitəsi bu məsələyə münasibət bildirməlidir. Mən də razıyam ki, bu tipli məsələlərə dair qiymətlər monopolist dövlət qurumları deyil, parlament tərəfindən müəyyənləşdirilməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3648
avatar

Oxşar yazılar