ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Kamala Harrisi 76 milyarder, Respublikaçılar Partiyasından olan rəqibi Donald Trampı isə 49 milyarder dəstəkləyir.
Lent.az bildirir ki, bu barədə “Forbes” xəbər yayıb.
“Bizim məlumatlara görə, 76 amerikalı milyarder Harrisi, 49-u isə Trampı dəstəkləyir. Demokratı dəstəkləyən milyarderlər istehzalı görünə bilər, çünki o, respublikaçını tez-tez fövqəl varlıların xeyrinə siyasət yaratdığına görə tənqid edir. Bununla belə, onlar Harrisin ədalətli və proqnozlaşdırıla bilən siyasəti təbliğ etməyə davam edəcəyinə o qədər arxayındırlar ki, ona tərəf meyllidirlər”, - nəşr yazır.
Materialın müəllifləri qeyd ediblər ki, bir çox başqa milyarderlər də namizədə maliyyə dəstəyi verə bilər, lakin onların ianələri yalnız noyabrın 5-də keçiriləcək seçkilərdən sonra, ABŞ Federal Seçki Komissiyasının yekun hesabatlarının dekabrda dərc ediləcəyi vaxt məlum olacaq.