Azərbaycanın Qazaxıstandakı Səfirliyi MÜRACİƏT YAYDI
10 yanvar 2022 08:00 (UTC +04:00)

Azərbaycanın Qazaxıstandakı Səfirliyi MÜRACİƏT YAYDI

"Beynəlxalq rabitə əlaqələrinin fəaliyyətində yaranmış çətinliklər səbəbindən Qazaxıstan Respublikasında yaşayan qohum və yaxınları ilə əlaqə yarada bilməyən soydaşlarımıza Səfirlik tərəfindən müvafiq köməklik göstərilməkdədir".

lent.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Azərbaycanın Qazaxıstandakı Səfirliyinin müraciətində bildirilib.

"Bu səbəbdən xatırladırıq ki, Səfirliyin [email protected] elektron ünvanı, +7780002838, +77172755527 nömrələri ilə əlaqə saxlaya bilərsiniz. 

Vətəndaşlarımız tərəfindən ölkədə internetin işləməməsinin və ya qismən işləməsinin, habelə rabitə xətlərinin gün ərzində bir neçə dəfə kəsilməsinin nəzərə alınmasını xahiş edirik.

Baş verən hadisələr nəticəsində zərər görən vətəndaşlarımız barəsində Səfirliyə məlumat daxil olmayıb", - müraciətdə qeyd olunub.

# 2703
avatar

Oxşar yazılar