Rusiya Xarici İşlər Nazirliyi
18 may 2021 16:46 (UTC +04:00)

Rusiya Xarici İşlər Nazirliyi

Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı RUSİYA XİN-dən MÜNASİBƏT

"Azərbaycan və Ermənistan arasında sərhəd insidenti ilə bağlı vəziyyəti yaxından izləməyə davam edirik".

APA-nın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və Mətbuat Departamentinin şərhində bildirilib.

Türkiyə XİN başçısı: “Vacib regional oyunçu olan Rusiya ilə dialoqu açıq saxlamaq lazımdır”

Vurğulanıb ki, Rusiya tərəfi gərginliyin azaldılması üçünBakı və İrəvana ən yüksək səviyyədə müntəzəm təmaslar saxlayaraqyardım göstərir.

“Əlaqələr bizim ölkələrimizinhərbi və sərhəd xidmətləri vasitəsilə saxlanılır. Atəşkəs rejiminə ciddi riayət olunmasının, eləcə də Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının digər müddəalarının ciddi şəkildə yerinə yetirilməsinin vacibliyini bir daha təsdiqləyirik. Bundan irəli gələrək belə hallarsülh yolu ilə, danışıqlar vasitəsilə həll edilməlidir.Uzunmüddətli həll qismində Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və daha sonra demarkasiyası prosesinin başlamasında görürük.Rusiya Federasiyası Cənubi Qafqazda vəziyyətin ardıcıl şəkildə normallaşmasınatəşviqi davam etdirməyə hazırdır”, - deyə Rusiya XİN-in şərhində qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2559
avatar

Oxşar yazılar