Prokurorlar üçün təlim keçirilir
Bu gün Bakıda Avropa Şurası İsveç (Sida) və Lüksemburq hökumətlərinin dəstəyi ilə “Azərbaycanda prokurorlar üçün Avropa İnsan Hüquqları Konvensiyasının Təlimi” layihəsinin yekun konfransı başlayıb. Lent.az-ın məlumatına görə, konfransın davamı olaraq Avropa İnsan Hüquqları Konvensiyası üzrə prokuror və hakim təlimatçıları üçün seminar keçirilib.
Konfransın açılış mərasimində Avropa İnsan Hüquqları Konvensiyasının hakim və prokurorların tədris planına daxil olunması üçün vacib olan vasitələrin inkişafı məqsədi daşıyan Avropa Şurasının “Hüquqşünaslar üçün insan Hüquqları Tədrisi (“HELP”)” proqramı təqdim edilib. Mərasimdə Avropa Şurası Bakı Ofisinin rəhbəri Veronika Kotek, Respublika Prokurorluğunun kadrlar idarəsinin rəis müavini Zakir Müslümov və başqaları çıxış edib.
Tədbirdə layihənin ilk günlərindən iştirak edən prokurorluq işçiləri, kaskad seminarlarda Respublika Prokurorluğunun 700 nəfərə yaxın əməkdaşına təlim keçmiş təlimatçılar, həmçinin məhkəmə müəssisələrində daxili təlimlər keçirən hakimlər iştirak edib.
Konfrans iyunun 12-də başa çatacaq.
Pərvin ABBASOV

Oxşar yazılar

İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53
İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13
Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35