Parlament Ombudsmanın 1 dəfədən artıq seçilməsi məsələsinə baxacaq
Bu gün Milli Məclisin (MM) İnsan haqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib.
APA-nın məlumatına görə, iclasda “Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya qanununa dəyişikliklər edilməsi layihəsi müzakirə edilib. Layihə haqqında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov məlumat verib.
Komitə sədri deyib ki, qanuna dəyişiklik edilməsi barədə 63-dən çox deputatın imzası ilə MM-ə müraciət daxil olub. Ə. Hüseynov qanunun 4.2-ci və 4.3-cü maddəsinə dəyişiklik təklif edildiyini açıqlayıb. Onun sözlərinə görə, 4.2-ci maddəyə edilən dəyişiklikdə eyni şəxsin müvəkkil vəzifəsinə 2 dəfədən artıq seçilə bilməməsi, 4.3-cü maddədə isə müvəkkilin səlahiyyət müddəti bitdiyi gün yeni müvəkkil seçilmədikdə, onun səlahiyyətlərinin icrasını davam etdirməsi, bu halda onun səlahiyyət müddətinin seçildiyi gün bitmiş hesab olunması göstərilib.
Millət vəkili Qüdrət Həsənquluyev çıxışında bildirib ki, bu dəyişiklik bütün seçkili orqanlara şamil edilməli, məhdudiyyət aradan qaldırılmalıdır. O, “Prokurorluq haqqında” qanuna da belə bir dəyişiklik edilməsinin lazım olduğunu vurğulayıb.
Müzakirələrdən sonra layihə parlamentin plenar iclasına tövsiyə edilib.

Oxşar yazılar

Erməni hərbçilər mülki şəxsləri mühasirəyə salıb məhv etdilər - Arayikin MƏHKƏMƏSİ
12 may 2025 , 16:06
Öcalan ölümdən qurtulanda da, PKK ləğv ediləndə də ağlayan analar
12 may 2025 , 12:50
Prezident Ağdamdan səmimi görüntülər paylaşdı
10 may 2025 , 20:10
Şəkidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd olunub
10 may 2025 , 16:35
Ermənistanın Hindistana verdiyi dezinformasiya dəstəyi ifşa olundu
10 may 2025 , 14:26
XİN-dən Aktaudakı təyyarə qəzası ilə bağlı AÇIQLAMA
10 may 2025 , 12:03
Ermənilər ordumuzu atəşə tutdu
10 may 2025 , 11:33